Boeing-in əsas rəqibi də mənfəətə çıxa bilib
297 təyyarə satıb, bu il üzrə hədəf 600 ədəddir...
Avropanın iri aviasiya sənayesi şirkəti, qlobal təyyarə istehsalında lider və Boeing-in əsas rəqibi olan Airbus da cari ilin birinci yarısının nəticələrinə dair hesabat verib.
Marja şirkətin rəsmi açıqlamasına istinadla xəbər verir ki, Airbus gəlirlərini ötən illə müqayisədə 30% artıraraq, 24,63 milyard avroya (29,2 milyard dollara) çatdırıb.
Həmçinin oxu
Boeing son 2 ildə ilk dəfə mənfəətə çıxıb
Gəlirlərin 17,18 milyard avrosu sərnişin və yük təyyarələrinin satışından, 2,6 milyard avrosu helikopter istehsalından, 4,53 milyard avro isə müdafiə və kosmik sənaye məhsullarından əldə olunub.
Xalis mənfəət 2,23 milyard avro (2,64 milyard dollar) təşkil edib. Ötən ilin birinci yarısında Airbus 1,91 milyard avro zərər etmişdi.
Şirkət bu ilin yanvar-iyun aylarında 297 təyyarə satıb. Qlobal səyahətlərin bərpası fonunda Airbus il sonuna kimi cəmi 600 təyyarə satacağını, faiz və vergi öhdəliklərindən öncəki gəlirlərinin 4 milyard avrodan çox olacağını proqnozlaşdırır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
