Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dünyanın ikinci ən böyük mədən şirkətindən rekord mənfəət - 12 milyarddan artıq

Bahalaşan metal qiymətləri artıma ciddi təkan verib...
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ikinci ən böyük mədən şirkətindən rekord mənfəət - 12 milyarddan artıq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İngilis-Avstraliya transmilli hasilat şirkəti, istehsal həcminə və gəlirlərinə görə dünyanın ikinci ən böyük mədən qrupu olan Rio Tinto 2021-ci ilin 1-ci yarısının nəticələrini açıqlayıb.

Marja şirkətin təqdimatına istinadla xəbər verir ki, gəlirlər ötən ilin müvafiq dövrünə nisbətən 71% artaraq, 33,1 milyard dollara çatıb.

Reklam_3_11

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, metal qiymətlərinin, xüsusilə dəmir filizinin sürətlə bahalaşması gəlirlərin davamlı artmasına təkan verib. Şirkət hasil etdiyi dəmir filizinin hər tonunu orta hesabla 168 dollara (+97%), alüminiumun 1 tonunu 2626 dollara (42%) satıb.

Vergi, faiz, amortiyasiya xərcləri çıxılmadan öncəki gəlirlər (EBITDA) 120%-ə yaxın artaraq, 21 milyard dollar, xalis mənfəət isə rekord səviyyədə - 271% yüksələrək 12,3 milyard dollar təşkil edib. Bu nəticələr şirkətə öz səhmdarlarına 9,1 milyard dollar dividend ödəməyə imkan verəcək.

Rio Tinto mədən şirkət mənfəət
28.07.2021 15:12
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18