Ən yuxarı (mobil)-2_30

Dünyanın ən az sevilən əmtəəsi 80% bahalaşıb

Son 10 ilin ən yüksək həddinə çatan qiymətlərlə siyahıda birincidir...
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən az sevilən əmtəəsi 80% bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Uzun müddət əsas yanacaq və enerji mənbəyi olan, lakin həddən artıq zərərli təsirlərinə görə ən az üstünlük verilən əmtəə - daş kömür bu ilin əvvəlindən rekord həddə - 80% bahalaşıb.

Marja xəbər verir ki, hazırda elektrik enerjisi istehsaında ən çox istifadə olunan Avstraliya kömürünün 1 tonu 146 dollardan satılır. Bu isə son 10 ilin ən yüksək göstəricisidir.

Ötən həftə əmtəə qiymətləri üzrə təhlilçi Argus şirkətinin məlumatlarına görə, Cənubi Afrikada istehsal olunan daş kömür də 44% bahalaşaraq, son 10 ildə ən yüksək qiymətə çatıb. Bununla da kömür bu ilin ən yaxşı nəticə əldə edən aktivinə çevrilib. Müqayisə üçün bildirək ki, sonrakı yerlərdə Brent nefti (44% artım), qlobal daşınmaz əmlak bazarı (28% artım) və texnoloji şirkətlərin səhmləri (25%) gəlir.

Qiymət artımının bu dərəcədə yüksək olmasının əsas səbəbləri Çində daş kömürə tələbatın sürətlə artması, həmçinin təbii qaz qiymətlərinin bahalaşmasına görə Avropa və Yaponiyada bir çox iri komunal xidmət şirkətlərinin kömürə keçməsidir.

 

daş kömür
23.07.2021 11:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18