Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Intel"in xalis mənfəəti 22% azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Intel"in xalis mənfəəti 22% azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-iyun aylarında dünyanın ən böyük kompüter komponentləri istehsalçılarından biri olan ABŞ-ın "Intel" korporasiyasının xalis mənfəəti 22% azalaraq 8 milyard 422 milyon dollar təşkil edib.

Bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.

Reklam_3_11

Hesabat dövrübdə səhm üzrə mənfəət 2,06 dollar olub, halbuki bir il əvvəl 2,50 dollara bərabər idi. Şirkətin gəliri 39 milyard 304 milyon dollar təşkil edib ki, bu da keçənilki göstəricidən 1% azdır.

Cari ilin II rübünün nəticələrinə görə, "Intel"in mənfəəti illik ifadədə 1%-dək azalaraq 5 milyard 61 milyon dollar təşkil edib. Hesabat dövründə hər səhm üzrə mənfəət keçənilki 1,19 dollara qarşı 1,24 dollar olub. Şirkətin gəliri 19 milyard 631 milyon dollar (-0,5%) təşkil edib, korrektə edilmiş göstərici 17,8 milyard dollar proqnoza qarşı 18 milyard 533 milyon  dollar olub.

III rübdə şirkət 19,1 milyard dollar həcmində gəlir və 1,08 dollar səhm üzrə mənfəət gözləyir. İllik proqnoz yaxşılaşdırılıb: gəlirlərin aprel ayındakı 77 milyard dollara qarşı 77,6 milyard dollar olacağı gözlənilir. "Intel" bu il səhm üzrə mənfəətin apreldəki gözlənilən 4 dollara qarşı 4,09 dollar olacağını proqnozlaşdırır.

Xatırladaq ki, ABŞ-ın "Intel" korporasiyası 1968-ci ildə təsis olunub. Şirkət mikroprosessorlar daxil olmaqla geniş spektrdə elektron cihaz və kompüter komponentləri istehsal edir.

Marja.az Telegramda: https://t.me/marjaaz

APA

23.07.2021 10:14

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18