Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyədən qaçan Uzan ailəsi iri şirkətləri məhkəməyə verib - 68 MİLYARD DOLLAR

Məsələnin kökü 2004-cü ilə gedib çıxır...
iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədən qaçan Uzan ailəsi iri şirkətləri məhkəməyə verib - 68 MİLYARD DOLLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir zaman Türkiyənin məşhur biznes imperiyalarından biri olan Uzan ailəsi hazırda siyasi sığınacaq aldıqları Fransada bəzi iri şirkətləri məhkəməyə verib.

Marja xəbər verir ki, aralarında Motorola, Vodafone kimi telekommunikasiya şirkətləri və BlackRock kimi iri investisiya qruplarının olduğu cavabdehlərə qarşı 68 milyard dollarlıq iddia qaldırılıb.

Cem Cengiz Uzan və Murat Hakan uzan qardaşları iddia edir ki, Türkiyənin Yığım vəsaitlərinin Sığortalanması Fondu (Tasarruf Mevduatı Sigorta Fonu - TMSF) 2004-cü ildə onların biznesini, o cümlədən Imar Bankasını qanunsuz olaraq müsadirə edib. Daha sonra TMSF yaranmış iri miqdarda borcu ödəmək üçün aktivlərin bir hissəsini BlackRocka satıb. Bu vəziyyətdən istifadə edən bəzi şirkətlər də Uzanların ailə biznesinə aid firmaları fırıldaqçılıqla ələ keçirib.

Motorola 1998-ci ildə Uzanların sahibi olduğu Telsim-ə 2 milyard dollar borc verib. 2000-ci illərin əvvəlində ABŞ məhkəmələri Uzanların borc alarkən Motorolaya saxta sənədlər təqdim etməsi barədə qərar çıxarıb. Daha sonra Telsim 4,5 milyard dollara Vodafone-a satılıb.

Uzanlar tələb etdikləri 68 milyard dolların həmin dövrdə müsadirə edilən sonradan başqalarına satılan aktivlərin dəyəri və həmin aktivlərə görə itirilmiş dividend olduğunu bildirir.

Uzun illərdir Türkiyədə haqqında həbs qərarı çıxarılan Cem Uzan bir sıra Qərb elit dairələrində kifayət qədər tanınmış şəxs olub. Britaniya şahzadəsi Çarlz-ın bioqrafiyası haqqında 2018-ci ildə yazılan kitabda iddia olunur ki, Cem Uzan 2000-ci ildə təşkil olunan bir ziyafətdə öz həyat yoldaşının Çarlzla yanaşı oturması üçün xeyriyyə fonduna 200 min funt ödəyib.

Uzan ailəsi Cem Uzan Motorola Vodafone BlackRock
16.07.2021 10:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18