Dövlət Vergi Xidməti vergidən yayınan 2 sahibkarı nəzarətə götürüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi üzərində nəzarəti davam etdirir.
Marja xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, fərdi sahibkar Aslanov Natiq Gülmirzə oğlunun tütün məmulatlarının topdansatış mərkəzlərindən belə məhsulları əldə edə bilməməsi ilə bağlı müraciəti hərtərəfli və obyektiv araşdırılıb.
Araşdırma nəticəsində müəyyən edilib ki, vergi ödəyicisi ötən il elektron qaimə-faktura ilə cəmi 22,6 min manat (ƏDV ilə) dəyərində mal alınıb ki, bunun da 10,34 min manatı tütün məmulatları olub. 2021-ci ildə isə onun əldə etdiyi tütün məmulatlarının həcmi kəskin artıb. Belə ki, vergi ödəyicisi elektron qaimə-faktura ilə 206,5 min manat (ƏDV ilə birlikdə) dəyərində mal alıb ki, bunun da 203,14 min manatını tütün məmulatları təşkil edib. Həmçinin vergi ödəyicisinin oğlu, vergi orqanlarında fərdi sahibkar kimi uçotda olan Aslanov Şahin Natiq oğlu da 2021-ci ildə (may-iyun aylarında) elektron qaimə-faktura ilə 155,4 min manat (ƏDV ilə birlikdə) dəyərində mal alınıb ki, bunun da hamısı tütün məmulatları olub. Tütün məmulatlarının alışının böyük həcmdə olmasına baxmayaraq, həmin dövrdə hər iki vergi ödəyicisinin elektron qaimə-faktura tərtib etmədən mallar təqdim etdiyi müəyyən edilib.
“Aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi Qaydaları” haqqında ölkə prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi ilə bağlı tələblər müəyyənləşdirilib. Həmin tələblərin 3.2-ci bəndinə əsasən, markalanmalı malların (pərakəndə satış istisna olmaqla) satılması və satış məqsədilə alınması zamanı malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi ödəyicisi vergi orqanlarında uçotda olan şəxslərə mal, iş və xidmətlər təqdim etdikdə elektron qaimə-faktura göndərməlidir.
Araşdırmalar zamanı müəyyən edilib ki, fərdi sahibkar N.Aslanov və oğlu Ş.Aslanov topdansatış mərkəzlərindən əldə etdikləri aksizli malların sonradan nağd qaydada və elektron qaimə-faktura tərtib edilmədən satışını həyata keçirib ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir və fərdi sahibkarın, həmçinin malları satdığı subyektlərin vergidən yayınması üçün şərait yaradır.
Topdansatış mərkəzləri fərdi sahibkarların malları pərakəndə satış qaydasında deyil, topdan nağd qaydada satışına yönəltmələri ilə bağlı əsaslı şübhələr yaranması səbəbindən, həmin şəxslərə tütün məmulatlarının satışını məhdudlaşdırıb və qanunvericiliyin tələblərinin pozulması, haqsız rəqabət mühitinin formalaşdırılması ilə əlaqədar İqtisadiyyat Nazirliyinə müraciət ediblər. Hazırda hər iki fərdi sahibkarın fəaliyyəti, aksizli malların dövriyyəsi və satışı zamanı yol verilmiş hallar araşdırılır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edərək bildirir ki, aksiz markası ilə markalanmalı malların satılması və satış məqsədilə alınması zamanı mövcuq qanunvericiliyin tələblərinə riayət edilməli, topdansatışın həyata keçirilməsi zamanı mallar elektron qaimə-faktura əsasında təqdim edilməli, hesablaşmalar nağdsız qaydada aparılmalıdır. Vergi ödəyiciləri lüzumsuz sanksiyalarla qarşılaşmamaq üçün qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
6 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
