ZTP “Badam emalı zavodu”nun tikintisini yekunlaşdırıb - FOTO
Zəyəm Texnologiyalar Parkı “Badam emalı zavodu”nun tikinti-quraşdırmasını vaxtından əvvəl təhvil verib“AZMADE Group”-a daxil olan Zəyəm Texnologiyalar Parkı (ZTP) ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.
Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən “AzBadam” MMC-yə məxsus “Badam emalı zavodu”nun tikinti-quraşdırması, metal konstruksiyası zavodda istehsal olunmaqla, ZTP tərəfindən həyata keçirilmişdir.
“Badam emalı zavodu”-nun 113 metr uzunluğu, 24 metr eni və 13 metr hündürlüyü olan istehsalat sahəsi 2764 m2, 42.7 metr uzunluğu və 48 metr eni olan xammal qəbulu məntəqəsi 2050 m2, 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 313 m2 –dir. Bununla bərabər, 630 m2 köməkçi binalar və 315 m2 su anbarları ZTP tərəfindən inşa olunmuşdur.
“Azbadam” MMC üçün İspaniyanın Borrell şirkətindən idxal olunan emal avadanlıqları ZTP-nin ixtisaslı mütəxəssisləri tərəfindən quraşdırılıb istismara təhvil verilib. İstehsal prosesi ümumilikdə 3 mərhələdən ibarət olmaqla qurutma, qərzəkdən ayırma, yuma, qabıqdan çıxarma, təmizləmə və kalibrləmə kimi funksiyaları həyata keçirən sözügedən avadanlıqların saatlıq istehsal gücü 4 tondur. Eyni zamanda 4 ədəd 50 tonluq xüsusi paramterli çən ZTP mütəxəssisləri tərəfindən uğurla quraşdırılmışdır.
Zəyəm Texnologiyalar Parkı sözügedən bu layihəni planlaşdırılan tarixdən tez başa vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)



