Artan neft qiyməti ABŞ-ın istehsalçılarını vurdu
ABŞ-ın neft istehsalçılarının hedc (hegde) zərəri 2021-ci ilin ilk yarısında 7,5 milyard dollar təşkil edib. Neftin qiymətinin 75 dollarda qalması vəziyyətində zərərin il sonunda 20 milyard dollara yüksəlməsi nəzərdə tutulur.
Neft qiymətlərindəki yüksəliş ABŞ-lı istehsalçıların milyardlarla dollar hedc zərərlərinin yaranmasına gətirib çıxarıb. Marja xəbər verir ki, neftin qiymətinin 75 dollar olmaqla 6 ilin zirvəsinə qalxmasına baxmayaraq 11 milyon barellik gündəlik ABŞ istehsalının üçdə biri 55 dollardan satılır.
"Financial Times"in "IHS Markit" məlumatlarına istinadən xəbərinə görə, ABŞ-ın neft istehsalçılarının hedc zərəri 2021-ci ilin ilk yarısında 7,5 milyard dollar təşkil edib. Neftin qiymətinin 75 dollarda qalması vəziyyətində zərərin il sonunda 20 milyard dollara yüksələcəyi gözlənilir. Bir çox mütəxəssis itkinin daha yüksək ola biləcəyini də qeyd edir.
Bu vəziyyət yüksələn qiymətlər qarşısında OPEC-in əlini rahatlaşdırır. Mövcud müqavilələr ABŞ-lı istehsalçıların aşağı qiymətlə neft satmasına səbəb olur. Buna görə, OPEC yüksək qiymətlərin ABŞ-da istehsal partlayışına gətirib çıxaracağından narahat deyil.
Ötən həftə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri arasında yaşanan anlaşılmazlıq nəticəsində OPEC+ istehsalı artırmaq qərarı qəbul edə bilməmişdir. Yığıncağın ardından neftin qiyməti 77 dolları keçmişdi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
-
31 d. əvvəl
“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan daha bir beynəlxalq vençur fondu ilə danışıqlar aparır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin gəlirləri ilin ilk yarısında 16% artaraq 4,3 milyard dollara çatıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub

Qızılın qiymətində yeni rekord – ABŞ hökumətinin bağlanması və faiz endirim gözləntiləri bazarları hərəkətə gətirib
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!
