Prezidentdən 30 milyon manatlıq SƏRƏNCAM
Vəsait zərər vurulmuş obyektlərin bərpasına və təmir-tikinti işlərinin həyata keçirilməsinə xərclənəcək
Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Marja-nın məlumatına görə, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 12 saat sonra
- 7 saat əvvəl
-
8 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
8 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Trendyol" Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib
Fransada işsizlik 5 ilin ən yüksək səviyyəsində
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi






.jpg)






.jpg)







