Ən yuxarı (mobil)_30

"OPEC + məsləhətləşmələri bir konsensus əldə edilənə qədər davam edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"OPEC + məsləhətləşmələri bir konsensus əldə edilənə qədər davam edəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əmindir ki, OPEC + məsləhətləşmələri bir konsensus əldə edilənə qədər davam edəcək.

Marja xəbər verir ki, bazar ertəsi günü jurnalistlərə verdiyi müsahibəsində anlaşma ilə bağlı nə qədər məsləhətləşmələrin aparılacağı soruşulduqda, Kremlin sözçüsü bunun "konsensus əldə edilənə qədər" davam edəcəyini cavablandırıb.

Eyni zamanda, Peskov OPEC + məsləhətləşmələrinin gedişatını şərh etməyib. "İşlər orada davam edir və təbii ki, bu iş bir növ ictimai formatda aparıla bilməz", -Kremlin sözçüsü bildirib.

OPEC + ölkələrinin nazirləri üç gün ərzində - 30 iyun - 2 iyul tarixlərində avqust ayından etibarən neft hasilatı səviyyələri, eləcə də qüvvədə olan müqavilənin 2022-ci ilin aprelində sona çatdıqdan sonra da uzadılması barədə razılığa gələ bilməyiblər. Buna səbəb neft hasilatının parametrlərinə yenidən baxılması istəyən Birləşmiş Ərəb Əmirliklərinin mövqeyidir.

Neft ixrac edən ölkələrin nazirləri bu gün Bakı vaxtı ilə saat 17: 00-da video konfrans şəklində yenidən toplaşacaqlar.

05.07.2021 16:37
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18