Technol şirkəti Qazaxıstanda beynəlxalq Avtomexanika sərgisində iştirak edib - FOTOLAR
Technol şirkətinin məhsulları Qazaxıstanda sərgidə marağa səbəb olub
(®️) Technol şirkəti 24-26 iyun tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilmiş beynəlxalq Avtomexanika sərgisində uğurla iştirak edib. Avtomobil ehtiyat hissələri, avadanlıq və texniki xidmət məhsullarının istehsalçı və təchizatçılarının qatıldığı sərgidə Technol şirkəti istehsalını həyata keçirdiyi geniş məhsul çeşidini nümayiş etdirib.
Sərgi zamanı, Technol şirkətinin məhsulları istehsal, topdan və pərakəndə ticarət sahəsini təmsil edən bir çox sərgi ziyarətçisinin marağına səbəb olub. Şirkətin nümayəndə heyəti beynəlxalq əməkdaşlıqların qurulması, xarici bazarlara ixrac imkanlarının dəyərləndirilməsi məqsədilə sərgi iştirakçıları ilə danışıqlar aparıb, onlara Technol markası, zavodun istehsal gücü, tərəfdaş olduğu xammal təchizatçıları, istehsal etdiyi məhsullar, istehsalda tətbiq olunan texnologiya, zavodun beynəlxalq səviyyədə qurulmuş laboratoriyası və ixrac imkanları haqqında geniş məlumat veriblər.
Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarların tələbatını qarşılamaq üçün bu gün 10-a yaxın ölkəyə ixrac olunur.
İllik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir ciahazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.
Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. Şirkət, istehsal etdiyi bəzi mühərrik yağ çeşidləri üzrə Mercedes-Benz və Cummins şirkətlərinin təsdiqlərini əldə edib, Amerika Neft İnsitutunun (API) müvafiq sertifikatı ilə təltif olunub. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO 9001 2015 standartı tətbiq olunub. Bundan başqa şirkətdə ətraf mühitin idarə edilməsi üzrə ISO 14001: 2015, peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi üzrə ISO 45001: 2008 beynəlxalq standartları tətbiq olunub.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
20 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
