Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Taliban" Əfqanıstan ərazisinin yarısından çoxuna nəzarəti ələ keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Taliban" Əfqanıstan ərazisinin yarısından çoxuna nəzarəti ələ keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Taliban" hərəkatının döyüşçüləri Əfqanıstanın şimalındakı Balx və Samanqan əyalətlərində iki rayon üzərində nəzarəti ələ keçiriblər.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Reklam_3_11

Balx əyalətinin yerli şurasının başçısı Məhəmməd Afzal Hadid jurnalistlərə bildirib ki, döyüşçülər Çarbulak rayonuna hücum ediblər.

“Taliblər” hücumla rayon üzərində nəzarəti ələ keçirməyə nail olublar. Təhlükəsizlik qüvvələri geri çəkilməyə məcbur edilib.

Samanqan əyalətinin yerli şurası başçının müavini Haşim Serveri də öz növbəsində bildirib ki, Dere-i Suf Bala “taliblər”in nəzarəti altına keçib.

Qeyd edək ki, “Taliban” bir gün əvvəl Faryab və Cuzdan əyalətlərində iki rayon üzərində nəzarəti ələ keçiriblər.

Əfqanıstanda sülhün qurulması üzrə səylərə baxmayaraq, ölkədə zorakılıq halları səngimir. Ölkə hakimiyyəti hesab edir ki, zorakılıq və qeyri-sabit vəziyyət xarici kontingentin çıxarılması prosesinin başlanmasından sonra güclənib.

Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının məlumatına görə, yalnız cari ilin mayında "Taliban" hərəkatının silahlıları 1 455 silahlı hücum təşkil ediblər.

Son 2 ayda ümumilikdə 25 rayon “taliblər”in nəzarəti altına keçib.

BMT-nin məlumatına görə, "Taliban" Əfqanıstan ərazisinin təxminən 50-70 %-ə nəzarət edir.

Marja.az Telegramda: https://t.me/marjaaz

Report

Taliban Əfqənistan
21.06.2021 06:43

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18