“Fitch” neftin qiymətinə dair proqnozunu artırdı
“Fitch Ratings” beynəlxalq agentliyi “Brent” markalı neftin qiymətinə dair 2021-ci il üçün proqnozunu 58 ABŞ dollarından 63 ABŞ dollaradək, “WTI” markalı neftin qiymətinə dair isə 55 ABŞ dollardan 60 ABŞ dollaradək artırıb.
2022-ci il üçün proqnozlar da “Brent”ə dair 53 ABŞ dollardan 55 ABŞ dollaradək, “WTI”yə dair isə 50 ABŞ dollardan 53 ABŞ dollaradək artırılıb. Həmçinin 2023-2024-cü ilərdə və uzun perspektivdə sözügedən neft markaların müvafiq olaraq orta hesabla 53 və 50 ABŞ dollara satılacağı güman edilir.
Agentliyin qənaətincə, cari ilin əvvəlindən baş verən tələbat artımı peyvənd işləri bundan sonra uğurlu getsə və karantin tədbirləri ləğv olunarsa, ilin ikinci yarısında da davam edə bilər. Hərçənd bundan əvvəlki qiymət artımının müvəqqəti xarakter daşıdığı bildirilir.
Neft tədarükündə başlıca amil olan "OPEC+" ölkələrinin hasilat artırmaq planının yerinə yetirilməsi nəticəsində artan tələbat ödənilsə də, ilin ikinci yarısında bazardakı tarazlığı bərpa etmək üçün kifayət olmayacağı qeyd olunur. Belə ki, iyunun 1-də keçirilən görüşdə iyul ayında hasilat ixtisarına dair razılaşma əvvəlki kimi saxlanılıb, yəni iyul ayında hasilat bir qədər artırılacaq.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 10.53-ə olan vəziyyətə görə “Brent” markalı neftin avqust fyüçersləri 0,57 % bahalaşaraq 74,41 ABŞ dollardan, “WTI” markalı neftin iyul fyüçersləri də 0,52 % bahalaşaraq 72,49 ABŞ dollardan satılıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























