Səudiyyə Ərəbistanı iqtisadiyyatı azalıb
Neft sektoru 12%-ə yaxın geriləyib, qeyri-neft sektoru isə 3% artıb.Səudiyyə Ərəbistanının Ümumi Statistika İdarəsi cari ilin 1-ci rübünə dair göstəriciləri bugün açıqlayıb.
Marja qurumun rəsmi saytına istinadla xəbər verir ki, krallığın ümümdaxili məhsulu 2020-ci ilin analoji dövrü ilə ilə müqayisədə 3% azalıb. Rəqəm ifadəsində 2021-ci ilin birinci rübündə ÜDM cari qiymətlərlə 706,4 milyard Səudiyyə Riyalı (188,3 milyard dollar), sabit qiymətlərlə 634,6 milyard Səudiyyə Riyalı (169,2 milyard dollar) təşkil edib.
Neqativ göstərici əsasən neft sektorundakı 11,7%-lik geriləmə ilə bağlıdır. Qeyri-neft sektorunda is əksinə, 2,9%-lik artım qeydə alınıb. Rüb ərzində özəl sektorda ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% genişləndiyi halda, dövlət sektoru neqativ 0,4%-lik artım göstərib.
2020-ci ilin son rübü ilə müqayisədə isə ÜDM 0,5%, neft sektoru 8,7% azalıb. Qeyri-neft sektoru 4,9% artıb ki, bu da özəl sektorda 6,3%, dövlət sektorunda isə 1,7% artmın hesabına baş verib.
2020-ci ildə Səudiyyə Ərəbistanının real ÜDM-i 4,1% azalıb. Beynəlxalq Valyuta Fondu (IMF) bu il krallığın iqtisadiyyatının 2,1% artacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























