TamKartla böyük endirim və hissə-hissə ödəniş fürsəti!

(®️) Azərbaycan Beynəlxalq Bankı alış-veriş mərkəzlərinin açılması münasibətilə yeni kampaniyaya başlayıb.
17 iyun tarixinə qədər bəzi ticarət məkanlarında alış-verişlərini TamKart və Bankın digər kartları ilə aparan müştərilər müxtəlif məhsullara 30%-ə qədər endirim və hədiyyələr qazanacaqlar. TamKartlılar isə məhsul və xidmətləri 24 aya qədər hissə-hissə ödənişlə əldə edə biləcəklər. Kampaniya və iştirakçı partnyorların siyahısı ilə buradan tanış ola bilərsiniz.
TamKart eyni zamanda həm debet, həm də kredit funksiyasını özündə birləşdirən dual kartdır. Müştərilər üçün kartın əsas üstünlüyü ödənişlər zamanı onlara kəşbək qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. Azərbaycan Beynəlxalq Bankının “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı müəyyən faizlərdə kəşbək də müştərinin kart hesabına geri qayıdır. TamKart getdikcə genişlənən böyük partnyor şəbəkəsinə malikdir. Bu şəbəkə müxtəlif ticarət və xidmət məkanlarını özündə birləşdirir.
Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Azərbaycan Beynəlxalq Bankının kart məhsulları haqqında daha ətraflı məlumatları buradan əldə edə və kartı onlayn sifariş verə bilərsiniz.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 2 gün əvvəl
-
2 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
2 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
2 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
