Kənd təsərrüfatı üzrə xidmət çeşidləri artırılıb
(®️) Bu il Bakı Expo Mərkəzində 10-12 iyun tarixlərində 14-cü “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir. “Prior Lizinq” ASC artıq ikinci dəfədir ki, eyni adlı sərgidə iştirak edir.
Şirkət sərgidə kənd təsərrüfatı texnikaları və aqreqatları, lizinq xidməti və kredit məhsullarını fermer və kənd təsərrüfatı müəssisələrinə təqdim edir. Şirkət sərgidə 4 stend ilə təmsil olunub – texnika stendi, heyvandarlıq stendi, lizinq xidmətləri və törəmə şirkəti “Prior Credit” BOKT QSC-nin kredit məhsulları stendi.
Şirkətin sərgidə iştirak məqsədi aqrar sahədə dövlətin həyata keçirdiyi islahatlar nəticəsində yaranmış yeni lizinq və kredit məhsullarını fermerlərə təqdim etmək, fermerlərin rəylərini və istəklərini toplamaqdır. Belə sərgilər şirkəti tanıtmaqla yanaşı onları müştərilə daha da yaxınlaşdırır və ünsiyyəti artırır.
“Prior”-un başlıca məqsədi xidmət və məhsulları fermerlərə əl çatan etmək, onlara göstərilən xidmətlərin vaxtını və əlavə xərclərini azaltmaqdır. Son iki il ərzində “Prior” 13 bölgədə sərgi salonları vasitəsi ilə fermerlərə xidmət göstərir.
Fermerlərə regionlarda göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi məqsədi ilə 2020-ci ildə “Prior Leasing” ASC Bank olmayan Kredit Təşkilatı “Prior Credit” QSC-ni təsis etmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müvafiq lisenziya almışdır.
“Prior Leasing” ASC 2014-cü ildə yerli sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkətin əsas fəaliyyəti yerli təchizatçılarla yanaşı, Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə olan xeyli sayda texnika istehsalçılarının məhsullarının nəğd və ya güzəştli lizinqlə satışını həyata keçirməkdir. “Prior Leasing” ASC və “Prior Credit” BOKT QSC Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
-
57 d. əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI




























