Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avropa Birliyi Krıma qarşı sanksiyaları müzakirə edilmədən uzatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Birliyi Krıma qarşı sanksiyaları müzakirə edilmədən uzatdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Birliyi (AB) Daimi Nümayəndələr Komitəsi (COREPER) Krıma qarşı məhdudlaşdırıcı tədbirləri müzakirə etmədən bir il uzadıb. 

Marja xəbər verir ki, bu barədə çərşənbə günü TASS Brüsseldəki diplomatik mənbəsinə istinadən məlumat yayıb.

COREPER, Krım və Sevastopola qarşı məhdudlaşdırıcı tədbirlərin 12 ay uzadılmasına qərar verib. Gələn həftə bu qərar AB Şurası tərəfindən rəsmi olaraq təsdiqlənəcək və bundan sonra qüvvəyə minəcəkdir.

Krım və onun sakinlərinə qarşı məhdudlaşdırıcı tədbirlər Avropa Birliyi tərəfindən 2014-cü ilin iyununda AB-nin Krımın ilhaqını tanımamaq strategiyası çərçivəsində qəbul edilib. Bu sanksiyalar avropalı iş adamlarının Krım müəssisələri ilə əlaqələrini davam etdirməsini qadağan edir, Avropa hava yollarının Krıma uçmasını və gəmilərin Krım limanlarına girməsini qadağan edir, yarımadaya tam ticarət blokadasını tətbiq edir və AB ölkələrinin Krım sakinlərinə viza verməsini də qadağan edir. 

09.06.2021 14:48
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18