Rusiya bu təhdidi "daha böyük problem" hesab edir
Rusiyanın SWIFT-dən çıxarılması mümkün deyil, lakin daha ciddi bir problem var - bu, bankların xarici valyuta ilə əməliyyatları apardığı xaricdəki müxbir hesablarına girişin itirilməsidir.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Dövlət Dumasında keçirilən dəyirmi masada Rusiya Mərkəzi Bankı sədrinin birinci birinci müavini Olqa Skoroboqatova məlumat verib.
“Dəfələrlə qeyd etmişik -SWIFT üzrə ciddi bir təhlükə görmürük və bunun baş verəcəyini düşünmürük. Ən böyük problem SWIFT deyil. İki bank - bir Rusiya və bir xarici bank müxbir əlaqələrini davam etdirməlidir. Burada nə baş verə bilər: SWIFT işləyir, amma xarici banklardan biri bankımızla işləməməyə qərar verir. Və hesablaşmalar dayanır”,- Olqa Skoroboqatova bildirib.
Skoroboqatovanın təsvir etdiyi ssenari, Rusiya banklarına qarşı sərt sanksiyalar olduğu təqdirdə mümkündür - məsələn, onlardan biri ABŞ Maliyyə Nazirliyinin "qara" siyahısına daxil edildiyi təqdirdə bu baş verə bilər.
Bu vəziyyətdə, Rusiyalı "həmkarları"nın müxbir hesablarına xidmət edən ABŞ kredit təşkilatlarının onlarla qarşılıqlı əlaqəsi qadağan ediləcəkdir. Yəni, Rusiya Federasiyası bankı dollar hesablaşmalarına çıxışı itirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























