"Peyvənd pasportu" Avropa Parlamentindən keçdi
Avropa Parlamenti, Avropa Birliyi (AB) daxilində sərbəst səyahətin başlaması üçün peyvənd pasportunu təsdiqləyib.
Marja xəbər verir ki, son addım olaraq pasportun AB-ə üzv ölkələrin hökumətləri tərəfindən də təsdiqlənməsi lazımdır.
Əgər bütün hökumətlər pasportu təsdiqləsə 27 AB üzvü olan ölkə arasında sərbəst səyahət 1 İyuldan etibarən başlayacaq.
Avropa Dərman Agentliyi indiyədək Pfier/BionTech, Moderna, AstraZeneca və Janssen-in peyvəndlərini istifadə üçün təsdiqləyib.
Mart ayında gündəmə gələn tənzimləməyə görə, AB Komissiyasının "Elektron Yaşıl Sertifikat" adını verdiyi, "peyvənd pasportu" və ya "Kovid kartı" olaraq da bilinən sənəd kağız və ya elektron olaraq hazırlanacaq. Ayrı-seçkilikçiliyin önlənməsi məqsədilə peyvənd olmayan şəxslər də sertifikata sahib ola biləcək.
AB ölkələrində yaşayanlara ödənişsiz veriləcək sertifikatda bir QR kodu olacaq. Bu kod ilə sertifikatın həqiqəti və təhlükəsizliyi təmin ediləcək.
Bu sertifikata sahib olanlara səyahətlərdə nə növ məhdudiyyətlərin ləğv ediləcəyinə AB ölkələri özləri qərar verəcək. Sertifikatın beynəlxalq qarşılıqlı tanınması üçün də işlər görüləcək.
Bir üzv ölkə sertifikatı olanlara karantin və ya test kimi tətbiqlərə davam etsə bu vəziyyəti AB Komissiyasına və digər üzv ölkələrə bildirmək və səbəblərini izah etmək məcburiyyətində olacaq.
Peyvənd sertifikatı bütün AB ölkələrilə bərabər İslandiya, Lixtenşteyin, Norveç və İsveçrədə də etibarlı olacaq.
Sertifikatı Avropa Birliyinə üçüncü ölkələrdən səyahət edəcək şəxslərin də alması mümkün olacaq. AB ölkələrinə getmək istəyən bir adam, gedəcəyi ölkəyə lazımlı sənədlərini təqdim etdikdən sonra peyvənd sertifikatı tələb edə biləcək. Sənədləri qiymətləndirən ölkənin sertifikatı verib verməməyə səlahiyyətli olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























