Atmosferdəki karbon 4 oksid nisbəti 63 ilin ən yüksək səviyyəsinə çatıb
Dünyanın atmosferindəki karbon 4 oksid (CO2) nisbəti may ayında 63 ilin ən yüksək səviyyəsinə çatıb.
Marja xəbər verir ki, ABŞ-da olan Scripps Okean Elmləri İnstitutu ilə Milli Okean və Atmosfer İdarəsi (NOAA) tərəfindən dərc olunmuş məlumatlara görə, keçən ay karbon 4 oksid konsentrasiyasının milyonda 419 parçaya (PPM) çatdığı qeyd edilib.
Araşdırmaçılar, bunun 63 illik karbon 4 oksid ölçmələrinin qeydiyyatı tarixi ərzində təsbit edilən ən yüksək rəqəm olduğuna diqqət çəkərək keçən il may ayında bu səviyyənin milyonda 417 PPM olduğu xatırladılıb.
NOAA səlahiyyətlisi Ralph Keeling, "Hər il atmosferdə daha çox karbon 4 oksid yığıldığından, yüksəlişi dayandırmaq üçün önümüzdə hələ uzun bir yol var" ifadəsini istifadə edib.
"Əsla çatmaq istəməyəcəyimiz bir nöqtəyə doğru irəliləyirik"
Keeling, konsentrasiyanın 2021-ci il ərzində 420 PPM-i keçməsini gözlədiklərini qeyd edərək,"Getdikcə əsla çatmaq istəməyəcəyimiz bir nöqtəyə doğru irəliləyirik" xəbərdarlığını edib.
Yeni növ koronavirus (Kovid-19) pandemiyasına görə bağlanmalar və avtomobil istifadəsinin azalması sayəsində keçən il karbon emissiyası 7% geriləmişdir və bu, İkinci Dünya Müharibəsindən bu yana ən yüksək illik azalmadır.
Mütəxəssislər, emissiyanın 2021-də yenidən yüksəlişə keçəcəyini bildirirlər və Paris İqlim Razılaşması uyğun olaraq gələcək 10 ildə hər il emissiyanın 2 milyard tona qədər azaldılmasına ehtiyac olduğuna diqqəti çəkirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























