Fransa Google-u 267 milyon dollar cərimələdi
Səbəb bazarda hökmran mövqedən sui-istifadə və rəqabət tələblərinin pozulmasıdır...
Fransanın Antiinhisar Orqanı qlobal texnologiya nəhəngi Google şirkətini 220 milyon avro (267 milyon dollar) cərimələyib.
Marja xəbər verir ki, qurumun bugünkü açıqlamasında Google-un onlayn reklam bazarındakı hökmran mövqeyindən sui-istifadə edərək, əksər şirkətləri öz xidmətlərinə yönəltdiyi və haqsız rəqabət apardığı bildirilib.
Amerikan transmilli media holdinqi NewsCorp, fransız La Figaro qəzeti və Rossel mətbuat qrupunun Google-a qarşı şikayəti əsasında aparılan araşdırma zamanı məlum olub ki, Google vebsayt rəhbərlərinə və tətbiqi proqramçılara özlərinin reklam yerlərini satmağa imkan verən DFP (Double-click for Publishers) reklam serverinə daha imtiyazlı şərait yaradıb. Bununla da Google öz rəqiblərinin və digər sayt adminlərinin daha sərfəli qiymətə reklam təklif etmək imkanını məhdudlaşdırıb.
Antiinhisar qurumunun rəhbəri İzabel de Silva mətbuata açıqlamasında bu qərarın “dünyada onlayn reklamların yerləşdirilməsi və göstərilməsinə kömək edən auksionun mürəkkəb alqoritm proseslərini analiz edən ilk araşdırma” olduğunu bildirib. Qurum rəsmisi həmçinin, Google-un cəriməni ödəməyə razılaşdığını və belə təcrübəyə son verəcəyini vurğulayıb. Google isə bugünkü bloq yazısında özünün reklam texnologiyasında müəyyən dəyişikliklər edəcəyini bəyan edib.
Xatırladaq ki, bu, amerikan texnologiya nəhənglərinə qarşı qlobal miqyasda açılan ilk araşdırma deyil. Hələ ötən həftə Böyük Britaniya və Avropa İttifaqı ayrı-ayrılıqda Facebook-un rəqabət şərtlərini pozması ilə əlaqədar araşdırmalara başlayıb. Avropa Komissiyası həm də Amazon, Google və Microsoftla əlaqədar müxtəlif antiinhisar araşdırmalarını davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























