G7 ölkələri vergi dərəcəsi üzrə razılığa gəldilər - NƏHƏNGLƏRƏ TƏSİRİ OLACAQ
Yeni qərar 50-80 milyar dollar əlavə vergi yığılmasına imkan verəcək....Ötən həftə sonu Londonda G7 ölkələrinin maliyyə nazirlərinin toplantısında iri transmilli şirkətlərə tətbiq olunan korporativ (mənfəət) vergi dərəcəsinin müəyyənləşdirilməsinə dair uzun sürən müzakirələr uğurla nəticələnib.
Marja xəbər verir ki, ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiyanı təmsil edən rəsmilər ən az 15% qlobal minimum korporativ (mənfəət) verginin tətbiq edilməsi barədə razılığa gəlib.
“İllər boyu müzakirələrdən sonra, G7 maliyyə nazirləri bugün qlobl vergi sistemində islahatlar aparmaq, onu qlobal rəqəmsal dövrün tələblərinə uyunlaşdırmaq və mənfəət vergisinə cəlb edilməli şirkətlərin müvafiq ölkələrin yurisdiksiyasında dəqiq şəkildə hesablanmış vergiləri ödəməsini təmin etmək üçün tarixi razılaşma əldə etdilər” - Böyük Britaniyanın maliyyə naziri Rişi Şunak videobəyanatda bildirib. Əldə olunan razılığın OECD çərçivəsində Parisdə 135 ölkənin nümayəndəsinin görüşündə və iyul ayında Venesiyada keçiriləcək G20 ölkələrinin maliyyə nazirlərinin toplantısında da müzakirəsi nəzərdə tutulur.
Ümumiyyətlə, korporativ vergi (Azərbaycanda və bir sıra ölkələrdə - mənfəət vergisi) iri şirkətlərin gəlirlərindən satış, inzibati, əməliyyat xərcləri, amortizasiya və s. məsrəflər çıxıldıqdan sonra yerdə qalan mənfəətinə tətbiq olunur. Bir sıra ölkələr transmilli korporasiyaları ölkə iqtisadiyyatına cəlb etmək üçün mənfəət vergisinin dərəcəsini çox aşağı həddə, bəzən sıfır dərəcə ilə tətbiq edirlər. İnkişaf etmiş ölkələrdə isə əksinə, bu vergilərin dərəcəsi yüksək olur. Misal üçün, təkcə Avropa İttifaqı çərçivəsində İrlandiyada mənfəət vergisi 12,5%-dirsə, Fransada bu rəqəm 31%-ə qədərdir.
Bayden administrasiyası daha öncə mənfəət marjası 10%-dən artıq olan transmilli şirkətlərin beynəlxalq sövdələşmələrdə vergidən yayınmalarının qarşısını almaq üçün qlobal korporativ (mənfəət) verginin minimum həddinin 21% olaraq müəyyənləşdirilməsini təklif etmişdi. Lakin uzun sürən müzakirələr və bir sıra ölkələrin etirazından sonra 15%-lik hədd barədə razılığa gəlmək mümkün olub.
Qərar xüsusən Facebook, Google, Apple, Amazon kimi texnoloji nəhənglərin fəaliyyət göstərdikləri bir sıra ölkələrdə daha çox vergiyə cəlb olunmasına imkan verəcək. OECD ölkələrin ortaq razılaşmanı bu ildən tətbiq etdiyi halda, 50-80 milyard dollar həcmində əlavə vergi yığımlarının təmin oluna biləcəyini proqnozlaşdırır.
Bir sıra iri texnologiya nəhəngləri bu qərarı dəstəklədiklərini bildiriblər. Facebook-un qlobal məsələlər üzrə vitse-prezidenti Nik Klegg və Google sözçüsü Xose Kastaneda yeni razılaşmanı alqışladıqlarını vurğulayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























