"10 dakikaya Bi mutluluk Getir - içində də 7,5 milyard dollar olsun"
Türk ərzaq kuryeri bazar dəyərini üçqat artırıb.Baş ofisi İstanbulda yerləşən ərzaq çatdırılma tətbiqi, cəmi 7 ildir fəaliyyət göstərən "Getir" dünən investorlardan 550 milyon dollar vəsait cəlb edib.
Marja xəbər verir ki, hazırda Türkiyənin 30 şəhərində 500-dən artıq “kölgə”mağazası, Londonda yenicə açılmış 28 çatdırılma mərkəzi olan və bu ay Amsterdam, Paris və Berlinə doğru genişlənməyi hədəfləyən şirkət bununla da, bazar dəyərini üçqat artıraraq, 7 milyard 555 milyon dollara çatdırıb.
Hazırkı maliyyələşmə ilə birlikdə "Getir" son 4 ayda investorlardan 1 milyard dollardan artıq vəsait cəlb edib. Əvvəki dəstəkləyiciləri "Tiger Global" və "Sequoia Capital" olan şirkətin yeni investorları siyahısına 875 milyard dollarlıq aktivlərə malik Əbu-Dabi Rifah Fondunun törəmələri - "DisruptAD" və "Mubadala Investment Company", eləcə də Silikon Vadisindən "Silver Lake" fondu qoşulub.
Şirkətin hədəfi maksimum əhatəli mağazalar şəbəkəsi vasitəsilə 1500 adda məhsulun içərisindən istənilən sifarişi pizza sifarişlərində olduğu kimi, 10 dəqiqə ərzində müştəriyə çatdırmaqdır. “Öncədən planlanmış çatdırılmalar BlackBerry-dir. Biz isə Apple-ıq.” - şirkətin qurucusu və baş direktoru Nazım Salur bildirir.
"Getir" hazırkı bazar dəyəri ilə Avropanın Deliveroo və Grubhub kimi çatdırılma xidmətlərini, eləcə də Böyük Britaniyanın WM Morrison və Marks and Spencer kimi iri supermarket şəbəkələrini üstələyir.
"Getir" qurucusu Nazım Salur, "Getirin bu dəyərə çatması 10 dəqiqədə təslimat kimi orijinal bir fikirin texnologiya ilə əlaqələndirildikdə dünyada necə bir maraq oyandırdığını göstərir. Bu əslində Türkiyədən də yeni texnoloji iş modellərinin çıxa biləcəyinin də göstəricisidir. Yeni vəsait ilə həm Türkiyədəki işlərimizi daha sürətli böyütməyə, həm də yeni ölkələrdə bu iki hecalı Türkcə sözü sevdirməyə davam edəcəyik", - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























