ABŞ Çinin 59 şirkətini “qara siyahı”ya salıb
İqtisadi savaşın yeni mərhələsi başlayır: Huawei kimi nəhənglər yenə hədəfdədir.ABŞ prezidenti Co Bayden Çinə qarşı iqtisadi sanksiyaların yeni dalğasına start verib.
Marja Ağ Ev rəsmilərinə istinadla xəbər verir ki, dünən Bayden Amerikanların Çinin 59 iri müdafiə sənayesi və müşahidə-izləmə texnologiyası şirkətinə investisiya yatırmasını qadağan edən sənədi imzalayıb. Rəsmilər bu qərarı Çinin ABŞ kapitalından istifadə etməklə Amerikanın öz milli maraqlarına təhlükə yaratmaq səylərinə son qoymaq üçün zəruri addım kimi əsaslandırıblar.
“Bu sərəncam Birləşmiş Ştatlara amerikan investisiyalarının ABŞ-ın və bizim müttəfiqlərimizin təhlükəsizliyini və demokratik dəyərləri hədələyən Çin şirkətlərinə yatırılmasını qadağan etməyə imkan verir.” - Ağ Evin yaydığı rəsmi press-relizdə bildirilib. Qadağa avqustun 2-dən qüvvəyə minəcək.
“Qara siyahı”ya düşən şirkətlər arasında artıq ikinci dəfə ABŞ sanksiyalarının hədəfi olan Huawei, Çinin ən böyük çip istehsalçısı Beynəlxalq Yarımkeçiricilərin İstehsalı Korporasiyası, Aviasiya Sənaye Korporasiyası, Milli Ofşor Neft Korporasiyası, Dəmiryol Tikinti Korporasiyası, Milli Nüvə şirkəti, üç telekommunikasiya şirkəti - China Mobile, China Telecom və China Unicom, eləcə də Aeromühərrik Korporasiyası, Aerosun Korporasiyası və başqaları var.
Xatırladaq ki, Ağ Evin bu qərarı ABŞ-ın Çinə qarşı ilk irihəcmli investisiya sanksiyası deyil. Hələ ötən ilin noyabrında sabiq prezident Donald Tramp imzaladığı sərəncamla Pentaqonun Çin Xalq Azadlıq Ordusu ilə əlaqələr səbəbindən sanksiyalar siyahısına saldığı 48 Çin şirkətində səhm sahibi olmağı amerikanlara qadağan etmişdi. Həmin dövrdə siyahıdakı əksər Çin şirkətlərinin səhmləri bir gün ərzində 10%-ə qədər ucuzlaşmışdı. Əsas müzakirə mövzularından biri elə Çinin artan təhdidləri olacaq G7 sammitinə qatılmaq üçün Avropaya səfərə hazırlaşan Bayden isə Trampın tətbiq etdiyi siyahını daha da genişləndirib. Belə vəziyyətdə birjaların reaksiyası kifayət qədər maraqlı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























