Avropanın ən iri ucuzqiymətli aviaşirkəti böyük zərər edib
Şirkət xəbərdarlıq edir: cəmi 30% uçuş olacaq, mənfəət yenə yoxdur, bu gedişlə pandemiya hələ bitməyəcək!Macarıstanın hava yolları şirkəti, Avropanın ən iri ucuzqiymətli sərnişin daşıyıcılarından biri Wizz Air ötən ilin martından bəri son 12 ayın nəticələrini açıqlayıb.
Marja şirkətin bugünkü bəyanatına istinadla əsas rəqəmləri təqdim edir:
2020 mart-2021 mart dövründə daşınan sərnişin sayı: 10 milyon nəfər, 74,6% azalma (əvvəlki dövrdə - 40 milyon sərnişin);
Gəlirlər: 739 milyon avro, 73,2% azalma (əvvəlki dövrdə - 2,76 milyard avro);
Xalis zərər: 482,4 milyon avro (ötən dövrdə mənfəət - 344 milyon avro)
Zərər marjası: - 77,9% (əvvəlki dövrdə mənfəət marjası: 10,2%)
Balansındakı təyyarələrin sayı: 137 ədəd, 13% artım (əvvəlki dövrdə say – 121 ədəd).
Şirkət nəticələr barədə açıqlamasında “pandemiya məhdudiyyətlərinin həddən artıq uzun çəkməsi və karantin tədbirlərinin hələ də tam yumşaldılmamasına görə mart 2021-mart 2022 dövründə də mənfəət deyil, xalis zərər proqnozlaşdırdığını” bildirib. Aprel-iyun ayları ərzində normal uçuş qrafikinin cəmi 30%-nin icra olunacağı gözlənilir.
Şirkətin baş direktoru Jozsef Varadi yalnız növbəti ilin martından sonra uçuşları tam həcmdə bərpa edəcəklərini və mənfəətə çıxa biləcəklərini ehtimal edir: “Baxmayaraq ki, biznes istədiyimizdən çox gec özünə gəlməyə başlayır, biz hələ də ehtiyatlı optimizmə üstünlük veririk”.
Açıqlamanın ardından son bir ildə 40%-ə qədər artan Wizz Air səhmləri 2,5% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
20 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
45 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti




























