Zoom gəlirlərini 200%-ə yaxın artırıb - AMMA...
“Pandemiyanın möcüzələrindən biri” gözləntiləri yetərincə doğruldub, amma..... bazarın kiçilməsindən narahatdır...
ABŞ-ın telekommunikasiya və texnologiya şirkəti, koronavirus pandemiyasında ən çox istifadə olunan videotoplantı, telekonfrans və onlayn çat xidməti, 140 milyard dollarlıq bazar dəyəri ilə qocaman amerikan enerji nəhəngi ExxonMobil-i də üstələyən Zoom cari maliyyə ilinin birinci rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkət analitiklərin proqnozlarını artıqlaması ilə doğruldaraq, 956,2 milyon dollar gəlir əldə edib (illik ifadədə 191% artım). Xalis mənfəət isə 8 dəfəyə yaxın artaraq, ötən ilin müvafiq dövründəki 58,3 milyon dollarla müqayisədə 402 milyon dollara çatıb.
10 nəfərdən artıq işçiyə malik müştərilərin sayı 497 minə çatıb ki, bu da illik ifadədə 87% artım deməkdir. Həmçinin, 100 000 dollardan artıq xidmət haqqı ödəyən müştərilərin sayı 160% artaraq, 2000-ə çatıb. Şirkətin toplam marjası əvvəlki rübdəki 69,4%-dən 73,9%-ə yüksəlib. Özündə bulud əsaslı telefon, videozəng və digər xüsusiyyətləri birləşdirən ZoomPhone məhsulundan istifadə edənlərin sayı yanvarda 1 milyon nəfər idisə, apreldə bu rəqəm 1,5 milyona çatıb.
Növbəti rüb üçün Zoom 985-990 milyon dollar gəlir və 355-360 milyon dollar mənfəət planlaşdırır. Həmçinin, 2022-ci maliyyə ili üçün şirkətin gözləntiləri 3,99 milyard dollar gəlir və 1,42-1,44 milyard dollar mənfəət əldə etməkdir. Şirkət rəsmiləri pandemiya nəticəsində tətbiq edilən məhdudiyyətlərin yumşaldılması və daha çox insanın ofislərə geri qayıtması səbəbindən satışlarda ötən ilki artım bumunu təkrarlanmayacağını bildirir.
Xatırladaq ki, 2019-cu ilin sonlarında Zoom proqramı ilə gündəlik toplantı keçirən iştirakçıların sayı 10 milyon idisə, 2020-ci ilin aprelində bu rəqəm 300 milyon nəfərə çatmışdı. Şirkətin səhmləri sürətlə bahalaşaraq, bazar dəyərini 2020-ci ilin iyununda 67 milyard dollara, oktyabrda isə rekord həddə - 140 milyard dollara çatdırmışdı.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
48 d. əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb.
-
-
2 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
2 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
2 saat əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
-
2 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
3 saat əvvəl
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
Ən çox oxunanlar

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

AYNA-ya yeni vəzifə həvalə edildi

“Azerfon”un baş icraçı direktoru vəzifəsindən ayrılıb
