Avro Bölgəsində inflyasiya 2018-dən bəri ilk dəfə 2%-ə çatdı - YENİLƏNİB
İşsizlik həddi ötən aya nisbətən azalıb, 2020-ci illə müqayisədə yüksəlib.
Avropa İttifaqının rəsmi statistika qurumu - Eurostat cari ilin may ayı üzrə bəzi iqtisadi göstəriciləri açıqlayıb. Marja qurum rəsmilərinə istinadla xəbər verir ki, Avro Bölgəsində inflyasiya koronavirus məhdudiyyətlərinin ləğv edilməsinə başlanması və artan tələblə 2%-ə yüksələrək, 2018-ci ilin oktyabrından bəri ilk dəfə Avropa Mərkəzi Bankının proqnozlarını üstələyib.
Əsas komponentlər içərisində enerji qiymətləri ən çox - 13,1% (apreldə 10,4%) artıb. Xidmət sektorunun qiymətləri 1,1% (apreldə 0,9%), qeyri-enerji sənaye malları 0,7% (apreldə 0,4%) bahalaşıb, ərzaq, alkoqol və tütün məmulatları sabit qalıb - 0,6%. Baza inflyasiya mayda 0.8%-dən 0.9%-ə yüksəlib. Avropanın ən böyük iqtisadiyyatları olan Almaniya, İspaniya və İtaliya xərclərin yüksəldiyini bildirib.
Apreldə 1,6% təşkil edən illik inflyasiya göstəriciləri yeni rekordu təzələməklə rəsmiləri çətin vəziyyətdə qoyub: yumşaq fiskal-monetar siyasətini davam etdirmək, yoxsa “kəmərləri sıxmaq”? Mərkəzi bankın idarəetmə şurası gələn həftə monetar siyasətə dair yeni qərarlar verilməsi məqsədilə toplanacaq. Avropa İttifaqı rəsmiləri, o cümlədən Mərkəzi Bankın sədri Kristin Laqard inflyasiya artımının müvəqqəti xarakter daşıdığını və növbəti ildən sabitləşəcəyini bildirsə də, investorlar fiskal-maliyyə şərtlərinin dəyişəyəcindən narahatdır.
Apreldə 8,1% təşkil edən işsizlik səviyyəsi may ayında nisbətən azalıb - 8%.
XXX
Avro Bölgəsində inflyasiya keçən ay 2018-ci ildən bu yana ilk dəfə Avropa Mərkəz Bankının hədəfinə çatıb.
Marja xəbər verir ki, Avro Bölgəsində inflyasiya koronavirus məhdudiyyətlərinin ləğv edilməsinə başlanması və artan tələblə 2 ildən çox müddətin ən yüksək səviyyəsinə yüksəlib.
May ayında istehlakçı qiymətləri illik müqayisədə 2% artıb. Bu, iqtisadçıların proqnozundan yüksəkdir.
İnflyasiya hədəfə çatsa da bu artımın müvəqqəti olduğu və uzunmüddətli olmayacağı bildirilir. Avropa Mərkəzi Bankı daha əvvəlki şərhində qiymət artımlarına "təmkinli" yanaşdıqlarını bildirmişdi.
Baza inflyasiya Mayda 0.8%-dən 0.9%-ə yüksəlib. Avropanın ən böyük iqtisadiyyatları olan Almaniya, İspaniya və İtaliya xərclərin yüksəldiyini bildirib.
Avro Bölgəsi iqtisadiyyatı kafe, restoran və mağazaların açılması ilə toparlanır. Bölgədə işsizlik nisbəti Aprel ayında 8%-ə geriləyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 saat sonra
-
2 d. əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
-
10 d. əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 33 d. əvvəl
-
49 d. əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
53 d. əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ən çox oxunanlar

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
