SOCAR və CNPC şirkətlərinin prezidentləri müqavilə imzaladılar
Pekində keçirilən “Bir kəmər - bir yol” strategiyası çərçivəsində mayın 14-də “SOCAR GPC” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfdən SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Çin tərəfdən isə Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imzalayıblar.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, mayın 15-də forum çərçivəsində SOCAR, CNPC və “Technip” şirkətləri arasında “SOCAR GPC” layihəsinə dair “Qaz Emalı Zavodu və Polietilen Neft-kimya Kompleksi ilə əlaqədar İlkin Detallı Layihələndirmə” üzrə Xidmət Müqaviləsi imzalanıb. Bu müqavilə “SOCAR GPC” layihəsi üçün İlkin Detallı Layihələndirmə işlərinin icrası istiqamətində HQC (CNPC şirkətinin törəməsi) və “Technip Italy” şirkətlərinin göstərəcəyi xidmətləri tənzimləyəcək. İmzalanma mərasimində SOCAR və CNPC şirkətlərinin prezidentləri iştirak ediblər.
Bildirilib ki, HQC və “Technip Italy” şirkətləri 15 may 2017-ci il tarixindən etibarən müqaviləyə əsasən xidmətlərin göstərilməsinə başlayacaq.
Xəbər verildiyi kimi, mayın 14-də Pekində işə başlamış “Bir kəmər - bir yol” strategiyası çərçivəsində beynəlxalq forumda Azərbaycanın nümayəndə heyəti də iştirak edir. Forumda 29 ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunur, 110 ölkədən dövlət və özəl sektor təmsilçiləri, sərmayədarlar, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Azərbaycan nümayəndə heyətində iqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və başqa rəsmi şəxslər təmsil olunurlar. Azərbaycan nümayəndə heyətinin səfəri davam edir. Heyət üzvləri “Bir kəmər - bir yol” forumu çərçivəsində bir sıra panel müzakirələrdə iştirak edəcək və ikitərəfli görüşlər keçirəcəklər.
“SOCAR GPC” layihəsi Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalını, təbii qazın tərkibində qaz kimya istehsalı üçün yararlı olan ağır fraksiyaların (C2+) polimerləşməsini və yüksək əlavə dəyər yaradan qaz-kimya məhsullarının istehsalını nəzərdə tutur. Yeni layihə çərçivəsində qaz emalı zavodu və qaz-kimya zavodunun inşa edilməsi, müvafiq qurğuların quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatının yaradılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
14 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
15 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)
.jpg)










.jpg)




