“Turizm haqqında” qanun layihəsi yenidən işlənəcək
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Komitə sədri Hadi Rəcəbli bildirib ki, layihədə birinci oxunuşla müqayisədə cüzi fərqlər var.
Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, “Turizm haqqında” qanun layihəsindəki ən böyük problemlərdən biri rekreasiya zonalarında tikintiyə icazənin verilməsidir: “Orada tikintiyə icazənin nəzarət orqanı tərəfindən verilməsi mübahisə predmetidir. Bununla bağlı biz Mədəniyyət və Turizm Nazirliyi ilə razılığa gəlib, mqüəyyənləşdirməliyik ki, sahibkarlar üçün əlavə problemlər yaranmasın, icazənin özü üçün bir “icazə” sənədi lazım olmasın”.
A. Vəliyev qeyd edib ki, layihədə turizm ekspertizası ilə bağlı maddə kifayət qədər lakonik hazırlanmalıdır. Onun sözlərinə görə, layihədə Dövlət Turizm Reyestri ilə bağlı maddəyə də dəyişiklik edilməlidir: “Burada onlayn sistemin tətbiq ilə bağlı müəyyən problemlər var. Reyestr xidmətinə onlayn müraciət olunsun və daha sonra müraciət edən şəxsin fəaliyyəti üzrə yoxlama aparılsın. Bu da müraciət edən şəxslərin fəaliyyətinin sadələşdirilməsi deməkdir”.
A. Vəliyev əlavə edib ki, qanun layihəsindəki 40-cı - fövqəladə hallar zamanı tədbirlərlə bağlı maddə ümumiyyətlə, götürülməlidir. Çünki buradakı məsələlər Fövqəladə Hallar Nazirliyinin əsasnaməsində kifayət qədər öz əksini tapıb. Bundan başqa, turistlərin və ekskursantların daşınması xidmətlərinin təşkilinin tənzimlənməsi də digər normatv hüquqlarla tənzimlənir, ona görə bu maddəni də qısaltmaq olar.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, Azərbaycanın turizm imkanlarının bir turizm məhsulu kimi təqdim edilməsi üçün koordinasiya işləri aparılmalıdır: “Biz nə Fövqəladə Hallar Nazirliiynin, nə də rayon, şəhər icra hakimiyyətlərinin və digər dövlət qurumlarının səlahiyyətinə giririk. İcra haçkimiyyətləri torpaqları icarəyə verir, Eekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitlə bağlı məsələləri tənzimləyir. Bu gün bu məsələlərin hamısını turizm məhsulu kimi ortaya gətirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin ortaq koordinasiyası lazımdır. Bizim Türkiyədən dəvət etdiyimiz təcrübəli ekspertlər bildirdilər ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da rekreasiya zonalarının inkişafı məqsədilə tikintiyə başlamaq üçün investisiya sənədi və müəssəsnin fəaliyyəti üçün ayrıca sənəd təqdim olunmalıdır. Bizim hədəflərimiz də odur ki, sahibkarlar qarşısındakı maneələləri sıfıra endirək, bölgələrdə yataq yerlərinin sayını artıraq, infrastrukturu genişləndirək. Bununla həm bölgəni inkişaf etdirək, həm də işsizliyi aradan qaldıraq”.
M. Qəhrəmanov qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi ölkədəki turizm potensialının nələrdən ibarət olduğunu bilməlidir: "Biz bilməliyik ki, hansı ərazilərdə termal sular var, onu necə istifadə etmək olar. Bunu Mədəniyyət və Turizm Nazirliyi etmir, müvafiq qurumlar edir. Nazirlik sadəcə, onu turizm məhsulu kimi təqdim edir”.
Layihə yenidən işlənməsi üçün komitədə saxlanıb.
© APA
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
7 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
21 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 44 d. əvvəl
- 47 d. əvvəl
-
47 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib





















