3 qlobal təşkilatdan neft qiyməti proqnozu
İran ilə yenidən nüvə razılaşması olacağı, ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğv ediləcəyi və ölkənin neft hasilatının artacağı gözlənilir. Bu gözləntilər neft qiymətlərinə təsir edir. İran Prezidenti Həsən Ruhani ölkəsinə tətbiq olunan sanksiyaların ləğv olunacağını açıqlayıb. Ruhaninin açıqlamasının ardından neft qiymətləri düşmüşdü. Mövcud şərtləri qiymətləndirən qlobal investisiya bankları Goldman Sachs, Citigroup və Barclays neftlə əlaqədar yenilənmiş proqnozlarını açıqlayıblar. "Goldman Sachs", bu ilin dördüncü rübündə neftin qiymətinin 80 dollar/barelə çatacağını gözləyir.
İndi neft bazarında diqqətlər 2015-ci ildə bağlanmış, ancaq əvvəlki ABŞ Prezidenti Donald Trampın qərarı ilə ABŞ-ın çıxdığı nüvə razılaşmasının yenidən bərpa edilib edilməyəcəyinə çevrilib. Məlumata görə, Vyanada keçirilən danışıqlarda sanksiyalar məsələsində ümumi çərçivədə razılaşma təmin edilib, diplomatlar son detalları müzakirə edirlər.
Marja xəbər verir ki, sanksiyaların və neft embarqosunun ləğv edilməsilə ən optimist ssenaridə İranın son aylardakı gündəlik 2.4 milyon barrel olan neft istehsalının gündəlik 4 milyon barrelə yüksələcəyi gözlənilir. Lakin bəzi təşkilatlar neft istehsalındakı artımın uzun müddətdə reallaşacağını düşünür və buna görə qiymətlərə təsirinin məhdud olacağına inanır.
Dünyada peyvəndləmənin sürətlənməsilə neftə tələb artır. Eyni zamanda, OPEC+ üzvləri arasında hasilat məhdudiyyətlərinin davamlılığı barədə ciddi fikir ayrılığı yoxdur. Bəs belə bir şərtlərdə İranın da yenidən bazara daxil olması haqqında təşkilatlar nə düşünür?
"Goldman Sach"a görə, İranın yayın sonuna qədər oyuna geri dönəcəyi ehtimalı artıq neft qiymətlərində əks edilib. Eyni zamanda, peyvəndləmənin genişlənməsilə neftə tələb yaxşılaşır. Ölkələrin iqtisadiyyatlarında və səyahətlərdə yaxşılaşma gözlənilir. Bu səbəbdən neft qiymətlərindəki yüksəliş davam edəcək. Hər nə qədər İyul ayında İran aqresiv bir şəkildə bazara daxil olsa da, "Goldman Sach" 2021-ci ilin 4-cü rübündə Brent neftinin qiymətinin 80 dollara yüksələcəyini təxmin edir.
"Citigroup" isə əsas ssenarisində İranın iyul-avqust aylarında istehsalını gündəlik 500 min barrel artıracağını gözləyir. Təşkilat İranın hasilatını ilin son rübündə daha 100 min barrel, 2022-ci ildə isə daha gündəlik 700 min barel artıracağını təxmin edir.
"Barclays" İran ilə razılaşmanın ilin ikinci yarısında neft qiymətlərinə təzyiq yaradacağını gözləyir. Təşkilat, 2021-ci il üzrə orta qiymət proqnozlarını Brent nefti üçün 66 dollar, ABŞ xam nefti üçün isə 62 dollar olaraq qoruyur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
3 saat əvvəl
"Sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik" - BƏYANATLAR
-
5 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb
-
6 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
7 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
7 saat əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
-
7 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
Ən çox oxunanlar

Oktyabrın 2-dək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
