Ərdoğan daha bir bankiri işdən çıxardı
Bu, son iki ayda işdən çıxarılan 3-cü rəhbər şəxsdir.
Marja xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugün səhər saatlarında imzaladığı sərəncamla Türkiyə Mərkəzi Bankı sədrinin müavini, monetar siyasət komitəsinin üzvü Oğuzhan Özbaşı vəzifəsindən azad edib. Əvəzində bu vəzifəyə Ankara TED Universitetinin professoru Semih Tümen təyin olunub.
Mart ayında Ərdoğan son 2 ildə üçüncü dəfə mərkəzi bankın sədrini dəyişərək, Naci Ağbalı vəzifəsindən azad etmiş və yerinə köşə yazarı Sahap Kavcıoğlunu təyin etmişdi. Cəmi bir həftə sonra isə sədrin müavini Murat Çətinkaya da vəzifəsindən ayrılmışdı. Son dövrlərdə rəhbərlikdə baş verən dəyişikliklər fonunda türk lirəsi martdan bəri dollar qarşısında 14% dəyər itirib.
Mərkəzi bankın faiz qərarına dair növbəti toplantısı iyunun 17-də keçiriləcək. Ərdoğan daha öncə həm faiz dərəcəsinin, həm də inflyasiya həddinin 10%-dən aşağı olacağını bildirmişdi. Kavcıoğlu öz növbəsində inflyasiyanın zəifləməsinə qədər monetar siyasətin ciddi nəzarət altında saxlanacağını vəd edib.
London School of Economics və Çikaqo Universitetinin məzunu olan 44 yaşı Tümen daha öncə Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb və Ərdoğanın insan resursları üzrə müşaviri olub.
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 48 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
48 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
52 d. əvvəl
"Sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik" - BƏYANATLAR
-
2 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb
-
4 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
4 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
4 saat əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
-
4 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
Ən çox oxunanlar

Oktyabrın 2-dək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
