“Apple o qədər azğınlaşıb ki, öz qurucusu Stiv Cobsun ruhuna belə hörmət etmir” - İTTİHAM
Nəhəng şirkətin rəhbəri məhkəmə qarşısındadır...Bugün Apple şirkətinin baş direktoru Tim Kuk ABŞ məhkəməsində ifadə verəcək.
Marja xəbər verir ki, məşhur Fortnite onlayn video oyununun sahibi Epic Games şirkətinin Apple-a qarşı qaldırdığı iddia üzrə bir aydır ki, davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Məhkəmənin verəcəyi qərar 1 milyarddan artıq Iphone istifadəçisinə xidmət göstərən App Store ilə bağlı ciddi nəticələrə səbəb ola bilər.
Epic Games Apple-ı iPhone istifadəçiləri üçün müxtəlif oyun və tətbiqetmələr təklif edən proqramçıları bu təklifləri yalnız App Store-da yerləşdirməyə məcbur etməkdə, ödənişli proqramlara görə istifadəçilərin proqramçılara ödənişlərinin 30%-ni komissiya kimi tutmaqda, öz proqramlarında belə komissiya tətbiq etməyərək, haqsız rəqabət aparmaqda günahlandırır. Ötən il Apple Epic Games-in ən məşhur oyunu olan Fortnite-i App Storedan çıxarıb.
Epic iddiasını həm də Apple-ın öz qurucusu məşhur Stiv Cobsun 2008-ci ildə dediyi “App Store-un məqsədi gəlir əldə etmək deyil, istifadəçilər üçün daha maraqlı kontent təqdim etməkdir” fikirlərinə hörmət etməməsi və istifadəçiləri müxtəlif mexanizmlərlə App Store-da qalmağa məcbur etməsi ilə əsaslandırır. Apple isə cavabında Cobsun bu fikirlərinin öhdəlik yox, “pis proqnoz olduğunu” xatırladıb və App Store-un “iqtisadi möcüzə”yə çevrildiyini bildirib. Ötən il istifadəçilər bu “iqtisadi möcüzə”də 72 milyard dollar pul xərcləyib.
Məhkəmə prosesi bir sıra maraqlı çəkişmələrlə yadda qalıb. Epic Games-in dəvət etdiyi müstəqil ekspertlər, Apple-ın öyündüyü App Store-un 78% əməliyyat marjasının əsasən haqsız rəqabət üzərində qurulduğunu bldiriblər. Apple isə cavabında onları ələ salaraq, daha çox məlumat toplamağı məsləhət görüb: “Biz heç vaxt App Store-un marjasını hesablamırıq. Rəqəmləri deyəsən havadan götürmüsünüz. Yaxşı olar ki, Epis Games əvvəlcə Fortnite oyunundakı “lüt” bananları geyindirsin”...
Epic Games-in vəkillərinin cavabı da maraqlı olub: “Apple əvvəl izah etsin: niyə App Store-da oturan yeniyetmələr TikTok, Instagram və Redditdə ancaq “porno” və “BDSM” axtarır? Elementar əxlaq qaydaları və yaş həddinə görə məhdudiyyətləriniz hanı?”
Epic Games-in bugünkü məhkəmə prosesində Apple rəhbərinə hansı sualları verəcəyi də maraqlıdır....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
-
- 26 d. əvvəl
- 33 d. əvvəl
-
36 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma




























