ABŞ hökuməti hakerlərin hesabından 5 milyon dollarlıq bitkoin “oğurlayıb”
Məşhur kibercinayətkar qrup haqqında maraqlı detallar - 90 milyon dollarlıq bitkoinləri varmış...Cari il mayın 7-də Birləşmiş Ştatların ən iri daxili yanacaq kəməri sistemini çökdürən və benzin qiymətlərinin sürətlə bahalaşmasına səbəb olan, yalnız 5 milyon dollar aldıqdan sonra iş rejiminin bərpasına imkan verən haker qrupu DarkSide haqqında maraqlı məlumatlar üzə çıxıb.
Marja xəbər verir ki, blokçeyn texnologiyaları üzrə Londonda yerləşən analitika şirkəti Elliptic ötən həftəsonu DarkSide-ın öz qurbanlarından tələb etdiyi ödənişlərin saxlandığı bitkoin pulqabı aşkar etdiyini bildirmişdi. Həmin gün təhlükəsizlik üzrə araşdırma şirkəti Intel 471 də DarkSide-ın öz bitkoin serverlərinə və pulqabına giriş edə bilməməsi səbəbindən bağlandığını xəbər verib.
Dünən paylaşdığı bloq yazısında isə Elliptic daha bir maraqlı məqama toxunub. Haker qrupu son 9 ayda 50-yə yaxın müxtəlif qurbanından 90 milyon dollar həcmində bitkoini haqq kimi alıb. Orta hesabla bir şirkətdən 2 milyon dolara yaxın vəsait alınıb. Bu həcmdə pulun 15,5 milyon dolları DarkSide-ın qurucusuna, qalan 74,7 milyon dollar isə müxtəlif tabeli qruplara göndərilib. Vəsaitin əksər hissəsi kriptovalyuta birjalarına yönəldilib, daha sonra ordan pul şəklində çəkilib. Məqsəd hökumət tərəfindən qrupun izinin tapılmaması olub.
Lakin görünür ki, ABŞ hökuməti onu ciddi problemlə üz-üzə qoyan haker qrupundan qisasını alıb. Elliptic həm də onu qeyd edir ki, ötən həftə - DarkSide bağlanmazdan öncə onun hesabında 5,3 milyon dollarlıq bitkoin olub, lakin qəfildən silinib və serverinə giriş bağlanıb. Bu məbləğ elə ötən həftənin əvvəlində Colonial Pipeline boru kəməri operatorunun hakerlərə ödədiyi vəsaitə bərabərdir. Kibercinayətkar qrup yaydığı açıqlamada pullarının “oğurlanmasında” Amerikan hökumətini günahlandırır.
Son dövrlər kibercinayətkar qrupların ödənişləri bitkoin və ya digər kriptovalyutalarda tələb etməsi halları artıb, çünki bitkoinlə əməliyyatlar zamanı şəxslərin kimliyinin açıqlanması tələb olunmur. Lakin, bitkoinin əsasında duran rəqəmsal uçot kitabı hamı üçün açıqdır və bununla da, müvafiq orqanlar vəsaitin hara göndərildiyinin izinə düşə bilir.
Boru kəmərinə kiberhücum DarkSide-ın ilk belə səs-küylü işi deyil. Bundan öncə yapon nəhəngi Toshiba Avropadakı əsas ofisində sistemin çökdürüldüyün bildirmiş və adıçəkilən qrupu günahlandırmışdı. Daha sonra isə İrlandiyanın səhiyyə sistemi ciddi kiberhucuma məruz qalmışdı. Prezident Bayden analoji halların qarşısını almaq üçün mayın 12-də ABŞ-ın kibertəhlükəsizliklə bağlı müdafiəsini gücləndirməyə dair sərəncam imzalayıb.
“Qeybə çəkilən” haker qrupunun ABŞ hökumətinə cavabı nə olacaq?
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
-
- 26 d. əvvəl
- 33 d. əvvəl
-
36 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma

























