“Jumeirah” adı otelə müştəri yığmayıb
“Jumeirah” brendi və “Jumeirah Bilgah Beach Hotel” sahibkar şirkəti ilə əldə olunan razılığa əsasən “Jumeirah” riteyli Azərbaycanı tərk edir. Qeyd edək ki, tərəflər arasındakı idarəetmə müqaviləsi bu ilin sonunadək, yəni 31 dekabr 2016-ci ildə bitəcək. Bununla əlaqədar olaraq, 2017-ci ildən hotel daha “Jumeirah” adını daşımayacaq. Hotelin hansı ad altında fəaliyyətini davam etdirəcəyi və habelə xarici hotel şəbəkəsi, ya yerli hotel brendi tərəfindən idarə olunacağı barədə məlumat isə konfidensional olaraq saxlanılır. Lakin hotelin rebrendinqə məruz qalacağı ehtimal olunur.
Nəzərə çatdıraq ki, son bir il ərzində Azərbaycan artıq üçüncü hotel brendindən məhrum olur. 2015-ci ilin yayında "Rixos" brendi "Samaxi Platinum Hotel by Rixos"dan imtina edəndən sonra hotel "Samaxi Palace Sharadil Hotel" kimi transformasiya olundu. 2016-ci ilin iyulunda isə "Kempinski" brendi "Kempinski Hotel Badamdar”dan gedəndən sonra hotel "Pulman” adı ilə fəaliyyətini davam etdirir. Onu da bildirək ki, bu hotel brendləri ölkəmizdə françayzinq müqaviləsi əsasında fəaliyyət göstərirdilər.
Brendlər niyə gedir?
Göründüyü kimi, sahibkar üçün françayzinq müqaviləsini əldə etmək, qoruyub saxlamaq elə də asan deyil. Hotellərin Azərbaycandan getmə səbəbi də budurmu? Suala cavab vermək çətindir. Çünki hotellər bu barədə susur.
Azərbaycan Françayzinq Mərkəzinin rəhbəri Elnur İslamov bildirdi ki, françayzinq müqaviləsi şərtlərin özünü doğrultmadığı halda pozulur:
“Bu bəzən royalty faizinin yüksək olması səbəbindən də baş verir. Məsələn, aylıq dövriyyənin 7 faizini ödəyirlər. Hotellərdə bu rəqəm bir az fərqli də ola bilər. Hotel royalty faizini ödədikdən sonra qazancdan özünə çox az vəsait qalır. Yəni biznes elə də rentabelli olmur”.
Ekspert deyir ki, burada daha çox sektorun probleminə diqqət yetirilməlidir:
“Qış sezonudur. Hələ ki ərəblərin ölkəyə axını müşahidə edilir. Hotel biznesində françayzinq bir qədər risklidir. Lakin böyük hotellər var ki, onlar belə bir problemlə üzləşmirlər. Dünyada geniş şəbəkəyə sahib Continental Hotel müştəri ilə əlaqələrini çox yaxşı qurub. “Mariott”, “Hilton” kimi hotellər mərkəzdə yerləşdiyi, işgüzar mühitdə çox tanındığı üçün brendin ölkədən getmə ehtimalı azdır. Jumeirah Bilgah Beach Hotelə gəlincə, yerli müştərilər daha çox qonaqlayırdılar. Görünür, Jumeirah adı hotelə elə də əlavə dəyər qatmadığından 7-12 faiz royalty ödəmək müəssisənin rəhbərliyinə maraqlı gəlməyib”.
O da məlum oldu ki, françayzinq şərtləri pozulduqda müəyyə kompensasiyalar da ödənilir. Yəni addan imtina françayziyə elə də ucuz başa gəlmir.
© Publika.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 28 d. əvvəl
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
3 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda avtomobil istehsalında tənəzzül böyüyür
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Ən çox oxunanlar
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord














.jpg)









.jpg)
