"Sərmayəçilər, Tesla-nın Bitcoin-ləri satdığını bildikləri zaman özlərini şillələyəcəklər"
Tesla-nın rəhbərinin cavabı Bitcoinin ucuzlaşmasına səbəb olub.Bitcoin-i tənqid edən Tesla-nın rəhbəri milyarder iş adamı Elon Musk (İlon Mask), sosial şəbəkədə bir mesaja verdiyi cavab ilə Bitcoin-in 45 min dollar səviyyəsinə qədər düşməsinə səbəb olub. Musk, şirkəti Tesla-nın aldığı Bitcoin-ləri sata biləcəyinin siqnalını verib.
Elektromobil istehsalçısı Tesla şirkətinin rəhbəri Elon Musk kriptovalyuta bazarını qarışdıran açıqlamalarına davam edir.
Marja xəbər verir ki, milyarder iş adamı daha əvvəl mayninqinin ətraf mühitə ziyan vurduğuna görə Bitcoin-i tənqid etmişdi. İndi o, Tesla-nın əlindəki Bitcoin-ləri sata biləcəyi istiqamətində siqnallar verib.
Musk, "Mr. Whale" adlı bir Twitter səhifəsinin etdiyi, "Bitcoin sərmayəçiləri qarşıdakı rübdə Tesla-nın alıb saxladığı Bitcoin-ləri satdığını fərq etdikləri zaman özlərini şillələyəcəklər. Elon Musk-a nifrət nəzərə alındığında, onu günahlandırmazdım..." paylaşıma "Həqiqətən" yazaraq cavab verib.
Musk, Twitter-də kriptovalyuta mövzusundakı mövqeyini tənqid edən bir neçə istifadəçiyə də reaksiya verib.
Musk-ın bu cavabının ardından Bitcoin-in qiyməti 45 min dollara qədər geriləyib.
8 fevralda Tesla, Bitcoin-ə 1,5 milyard dollar sərmayə yatırdığını açıqlayıb. Şirkət, mart ayında məhsullarının dəyərinin ödənişi olaraq Bitcoin qəbul etməyə başladığını da açıqlamışdı.
Bitcoiners are going to slap themselves next quarter when they find out Tesla dumped the rest of their #Bitcoin holdings.
— Mr. Whale (@CryptoWhale) May 16, 2021
With the amount of hate @elonmusk is getting, I wouldn’t blame him…
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir


























