Hindistan çayı bahalaşacaq
Hindistanda bu il həm quraqlıq, həm də COVID-19 pandemiyası səbəbindən çay məhsulu ciddi problemlərlə üzləşir.
FT xəbər verir ki, çay istehsalında lider mövqeyə malik Əssəm ştatının ən azı 90 çayçılıq təsərrüfatında 500-dək koronavirusa yoluxma halı qeydə alınıb. Bununla yanaşı, Əssəm ştatı və ölkənin şimal-şərq regionunda çay becərilən bölgələrdə quraqlıq olub.
İstehsalçılar bildirirlər ki, koronavirusun qarşısı alınmasa, bu hal qiymət artımına gətirib çıxaracaq. “Van Rees” şirkətinin məlumatına görə, Hindistanın şimal bölgəsində çay istehsalı cari ilin mart ayında 47 milyon kiloqram olub ki, bu da ötən ilin müvafiq dövründən çox, amma 2019-cu ilinkindən xeyli azdır. “Mintec” analitik mərkəzinə görə, aprel ayında ən böyük ixracat mərkəzi olan Kəlkətədəki hərraclarda çay əvvəlki aya nisbətən 40 faizdən də çox baha olub.
Çindən sonra ikinci çay istehsalçısı olan ölkə Hindistanda ötən ay əlverişsiz hava və koronavirus səbəbindən bir neçə həftəlik fasilə olub və istehsalat xeyli ziyan görüb. Ekspertlərə görə, Hindistanın üzləşdiyi çətinliklər Şri Lanka kimi çay istehsalçısı olan ölkələr üçün əlavə fürsətlər yarada bilər.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
























