1 hektar çəltik sahəsini sığortalamaq neçəyədir? - HESABLAMA, MƏBLƏĞLƏR
Azərbaycanda çəltik bitkisi təqribən 3 min hektar ərazidə əkilir.
Aqrar Sığorta Fondunun yaydığı məlumata görə, bunun böyük hissəsi – təqribən 1 800 hektarı Aran regionu, 1200 hektarı Lənkəran regionunun payına düşür.
Ölkənin əsas çəltik rayonları Lənkəran, Masallı, Astara, Ağdaş, Ucar, Zərdab, Biləsuvar, Göyçay və Yevlaxdır. Ölkə üzrə çəltik sahələrinin orta məhsuldarlığı 32,8 sentner, təmizləndikdən sonra isə 31 sentner təşkil edir.
1 kiloqram düyünün orta satış qiyməti orta hesabla 2,2 manatdır. Bu hesabla hər 1 hektardan alınan məhsulun ümumi dəyəri təqribən 6800 manat təşkil edir.
Aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir.
Belə ki, çəltik məhsulu üzrə sığorta tarifi Lənkəran regionunda 0,78%, Aran regionunda 0,93% təşkil edir. Məhsuldarlıq göstəricisi, qiyməti və sığorta tarifini nəzərə alsaq, 1 hektar çəltik sahəsinin orta sığorta haqqı aşağıdakı kimidir:
Aran regionu - təqribən 63 manat.
Bundan:
Fermerin ödədiyi məbləğ – 31,5 manat
Dövlətin ödədiyi məbləğ – 31,5 manat
Lənkəran regionu - təqribən 53 manat.
Bundan:
Fermerin ödədiyi məbləğ – 26,5 manat
Dövlətin ödədiyi məbləğ – 26,5 manat
Qeyd: Hesablama - ölkə üzrə orta statistik məlumatlar nəzərə alınmaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.
Daha ətraflı: https://asf.gov.az/bitkichilik
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























