Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini bərpa etdi
Kəmər operatorunun yalnız xakerlərə haqq ödədikdən sonra sistemi yenidən tam gücü ilə işə salmaq üçün lazım olan kodları ala bildiyi iddia olunur.
ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib.
Marja bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, adı açıqlanmayan hökumət rəsmisi xakerlərin istədiyi 5 milyon dolların onlara ödəndiyini təsdiq edib.
Xatırladaq ki, ötən həftənin cümə axşamı DarkSide adlı kibercinayətkar qrup 8800 km-dən artıq nəhəng yanacaq kəməri sisteminə müdaxilə edərək, onun işini iflic vəziyyətinə salmışdı. Yaydığı açıqlamasında haker qrupu “siyasətdən və geosiyasi oyunlardan kənar olduğunu, boru kəmərini yalnız pul qazanmaq məqsədilə iflic vəziyyətə saldıqlarını və hər hansı hökumətə bağlı olmadıqlarını” bəyan etmişdi. ABŞ hökuməti və Federal Təhqiqatlar Bürosu müvafiq araşdırmalara başlasa da, görünür bu tədbirlər lazımi nəticə verməyib.
Dünən prezident Bayden jurnalistlərin xakerlərə pul ödənilməsi ilə bağlı suallarını cavabsız qoyub. Ağ Evin mətbuat katibi Cen Psaki isə federal hökumətin belə ödənişləri etməmək mövqeyində qaldığını, bu cür presedentlərin daha çox kiberhücumları stimullaşdıra biləcəyini qeyd edib. Kiber təhlükəsizlik və yeni texnologiyalar üzrə milli təhlükəsizlik müşavirinin müavini Anne Neoyerberq isə bunun “özəl sektorun qərarı” olduğunu bildirib: “Biz anlayırıq ki, kiberhücum qurbanları çox zaman çıxılmaz vəziyyətə düşür və tələb olunan haqqı ödəməklə bağlı başqa çıxış yolları olmadıqda mümkün itkilər və qazanclar arasında seçim etməli olur. Colonial özəl şirkətdir və biz onların tələb olunan pulu ödəyib-ödəməməsi barədə məlumatı açıqlamamağa üstünlük veririk”.
Əslində bu hadisə kibertəhlükəsizliyin nə qədər vacib olması və ən inkişaf etmiş texnoloji dövlətlərin belə “yumşaq yerlərinin” mövcudluğu gerçəyini bir daha üzə çıxarıb. Operator şirkət hələlik məsələ ilə bağlı mətbuatın sorğularını cavablandırmayıb.
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
5 saat əvvəl
"Sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik" - BƏYANATLAR
-
6 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb
-
8 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
8 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
8 saat əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
-
8 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
Ən çox oxunanlar

Oktyabrın 2-dək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
