Gümüş sürətlə bahalaşır - 74%
Qızıl və misdən sonra daha bir metal dayanmadan dəyər qazanır.Bahalı qızılla müqayisədə çox zaman diqqətdən kənarda qalan daha bir qiymətli metalın - gümüşün qiyməti sürətlə artır.
Marja birjalara və qiymətli metal bazarı göstəricilərinə istinadən xəbər verir ki, bir il öncə unsiyası 15,5 dollardan satılan gümüşün qiyməti son 12 ayda 74% bahalaşıb və hazırda 27 dollardan təklif olunur. Müqayisə üçün bildirək ki, qızılın qiyməti illik ifadədə cəmi 6,4% artıb.
Elektronika məhsullarından fotoaparatlara, zinət əşyalarından kompüterlərə, avtomobil sənayesindən monetalara qədər gümüş demək olar ki, bütün sahələrdə ən çox istifadə olunan metallardan biridir. Yaxşı elektrik keçiriciliyi və davamlılığı səbəbindən bu qiymətli metala tələbat yüksəkdir. Gümüş İnstitutunun məlumatlarına görə, gümüşün təchizatı 2021-ci ilin ilk rübündə 8% artaraq, 1,05 milyard unsiyaya, tələbat isə 15% yüksələrək, 1,03 milyard unsiyaya çatıb. Saxo Bank-ın Əmtəə Strategiyası bölməsinin rəhbəri Ole Hanson tələbin 50%-nin sənaye hesabına, qalan hissəsinin isə investorların bu metala iri yatırımları hesabına artdığını bildirir.
Doğrudur, gümüş 2011-ci ildə qeydə alınan bir unsiyaya görə rekord - 50 dollar qiymətinə hələ çatmayıb,lkain analitiklər qlobal iqtisadiyyatın bərpası və tələbin artması nəticəsində onun qiymətinin yüksəlməyə davam edəcəyinə əmindirlər. Citi Global Markets-in Əmtəələr üzrə Araşdırma direktoru Maks Leyton qeyd edir ki, ABŞ-da kredit faizlərinin aşağı həddə qalması nəticəsində investorlar ehtiyat vəsaitləri qızıl və gümüşdə saxlamağa daha çox üstünlük verir. Həmçinin, əsas hasilatçılar olan Çin və Hindistanda anbarlarda qalan hazır gümüş ehtiyatlarının azalması qiymət artımına təkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir


























