Məşhur gigiyenik vasitələr və məhsullarda bahalaşma qapıdadır
Bizə də yaxşı tanış olan Huggies, Kleenex, Kotex....Qlobal əmtəə qiymətlərində son aylarda ardıcıl müşahidə olunan bahalaşma tempi getdikcə daha çox məhsulları əhatə etməkdədir.
Marja beynəlxalq ekspert qiymətləndirmələrinə əsasən xəbər verir ki, tualet kağızı, uşaq bezləri və digər məhsulların istehsalında əsas xammal olan oduncaq sellülozası yarım ildən bir qədər artıq müddətdə 50% bahalaşıb. Kağız və oduncaq materialları üzrə analitik Brayan MakKley ötən ilin sentyabrında 1 metrik tonu 606 dollara olan xammalın aprel ayında 900 dolları ötdüyünü bildirib: “Bu biznesin tarixində aylıq qiymətlərdə belə kəskin artımı heç vaxt görməmişik”.
Pərakəndə satış göstəricilərini izləyən NielsenIQ son 52 həftədə tualet kağızı qiymətlərinin 15,6% bahalaşdığını bildirib.
Özündə qablaşdırılan istehlak malları istehsalçılarını birləşdirən İstehlakçı Brendləri Assosiasiyası xammal qiymətlərində artımın bahalaşmanı daha da sürətləndirəcəyini proqnozlaşdırır. Hazırda ABŞ-ın əsas tualet kağızı istehsalçılarına xammalın 70%-i Braziliyadan, təqribən 30%-i isə Kanadadan gəlir.
Qiymətin artmasına təsir edən əsas amillər dünyanın ən böyük oduncaq sellüloza alıcısı Çində pandemiyadan sonra sürətli iqtisadi artım və qlobal təchizat prosesindəki ləngimələrdir.
Huggies markalı uşaq bezlərinin, Scott markalı tualet kağızının, Kleenex, Kotex və digər gigiyena məhsullarının istehsalçısı Kimberly Clark şirkəti növbəti aylarda qiymətləri orta-yüksək həddə birrəqəmli faizlə artırmağı planlaşdırdığını bildirib. Şirkət açıqlamasında qiymət artımını “yüksələn əmtəə xərclərini tarazlaşdırmaq üçün məcburi addım” olaraq əsaslandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir


























