Dünyanın ən varlı adamı öz şirkətinin səhmlərini satır
Jeff Bezos, 2,5 milyard dollarlıq Amazon səhmi sataraq kosmos və aviasiya şirkətini maliyyələşdirməyi planlaşdırır.
Marja xəbər verir ki, Jeff Bezos, 2020-ci ildə 10 milyard dollar dəyərində səhm satdıqdan sonra, bu il ilk dəfə 2,5 milyard dollarlıq satış edib.
ABŞ-da sərmayə bazarlarına nəzarət edən SEC-in açıqlamasına görə, Bezos daha əvvəldən təşkil edilmiş bir plan daxilində bu həftə 739 min ədəd ətrafında səhm satıb. Digər bir açıqlamada isə Bezosun 2 milyona qədər səhm satmağı planlaşdırdığı da qeyd edilib.
Amazon 1997-ci ildə səhmlərinin bir hissəsini birjada satışı çıxartdıqdan sonrakı 15 ildə, Bezos səhmlərinin beşdə birini az qala 2 milyard dollara satmışdı. Son illərdə səhm qiymətlərində yaşanan artımla birlikdə Bezos artıq kiçik miqdarlar sataraq milyard dollarlar əldə edə bilir.
Amazon səhmləri 2020-ci ildə 76% bahalaşdıqdan sonra bu il çox az dəyişiklik göstərib. Bezosun səhm satışının arxasında yatan səbəb isə kosmos və aviasiya araşdırmaları üçün qurduğu Blue Origin şirkətinə məliyyə təmin etməkdir.
Blue Origin, çərşənbə günü insan ilə ilk kosmos səfərini 20 İyulda olacağını açıqlayıbvə raketdəki kreslolardan birinin hərrac yolu ilə satışa çıxarılacağını açıqlayıb.
Amazonun qurucusu 2017-də keçirilmiş bir kosmos konfransında, Blue Origin-i maliyyələşdirmək üçün hər il 1 milyard dollarlıq səhm satacağını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
























