Bitcoinin ən yaxın izləyicisindən tarixi rekord
Qlobal kriptovalyuta bazarında Bitcoin-dən sonra dəyərinə görə ikinci yerdə qərarlaşan Ether ötən gün ABŞ-da yeni tarixi rekorda - 3456 dollara çatıb.
Marja CoinDeskə istinadən xəbər verir ki, London birjalarında 3369 dollardan təklif olunub. Bununla da, il başlayandan dəyərini 350% artıran kriptovalyuta artım sürətinə görə Bitcoini də geridə qoyub.
CoinMarketCap-ın məlumatına görə, Bitcoin aprelin əvvəlində əldə etdiyi tarixi 65 min dollarlıq rekordla müqayisədə xeyli ucuzlaşıb. Bahalaşma tempi 50%-ə qədər aşağı düşən Bitcoin hazırda 55 min dollardan təklif olunur. Sonuncu belə kəskin azalma 2017-ci ildə baş vermişdi.
Ether Bitcoindən sonra gəlsə də, bu iki kriptovalyuta arasında bir sıra əsas fərqlər var. Bitcoin milli valyutalara alternativ olaraq yaradıldığından, bu mübadilə vasitəsi və qızıl kimi uzun müddət saxlanıla bilən və dəyərini itirməyən aktiv qismində ona marağı artırır. Ether isə Ethereum blokçeyn platformasının öz məhsuludur və məqsəd öz rəqəmsal valyutası vasitəsilə dəyişməz proqram razılaşmalarını və tətbiqetmələri asanlaşdırmaqdır. Başqa sözlə desək, Bitcoin sadəcə “rəqəmsal dollar”dırsa, Ether şirkətlərin yeni proqramlar qurmaq üçün istifadə etdiyi mühasibatlıq platformasıdır. Həmçinin, əməliyyatların icra sürətində fərqlər var. Bitcoin normal halda 1 saniyəyə 3-5 tranzaksiya emal edirsə, Etherdə bu rəqəm 10-15 arasında dəyişir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
- 26 d. əvvəl
-
38 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
50 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
























