ABŞ-ın ən iri tibbi xidmətlər şirkətindən inamlı göstərici - 69 milyard dollar
CVS təkcə tibbi sığorta paketlərindən 20 milyard dollardan artıq qazanıb.ABŞ-ın ən iri tibbi xidmətlər, məhsullar və əczaçılıq şirkətlərindən biri, 2020-ci ilin yekunlarına əsasən Fortune 500 indeksində 500 ən gəlirli Amerikan şirkəti arasında 269 milyard dollarlıq gəlirlə dördüncü, tibbi xidmət şirkətləri arasında isə birinci olan CVS Health 2021-ci ilin birinci rübünün nəticələrini açıqlayıb.
Marja şirkətin rəsmi səhifəsinə istinadən xəbər verir ki, CVS gözləntiləri artıqlaması ilə doğruldub.
Nəticələr belədir:
Səhm başına gəlir - 2,04 dollar (proqnoz - 1,72 dollar)
Ümumi gəlirlər - 69,1 milyard dollar (ötən ilin müvafiq dövrünün göstəriciləri - 66,8 milyard dollar, artım - 3,5%)
Əməliyyat mənfəəti - 3,57 milyard dollar (ötən ilki göstərici - 3,45 milyard dollar artım - 3,4%)
Xalis mənfəət - 2,22 milyard dollar (ötən ilki göstərici - 2,01 milyard dollar)
o cümlədən:
Sığorta paketlərinin satışı və xidmətləri - 20,48 milyard dollar (ötən ilki göstərici - 19,19 milyard dollar)
Əczaçılıq və aptek xidmətləri - 36,32 milyard dollar (ötən ilki göstərici - 34,98 milyard dollar)
Klinik xidmətlər, peyvənd kampaniyası, sağlamlıq məhsullarının satışı - 23,27 milyard dollar (ötən ilki göstərici - 22,74 milyard dollar)
Şirkət pandemiya dövründə ən çevik və səmərəli fəaliyyət göstərən sahələrdən biri olaraq, 2020-ci ili 7,17 milyard dollar xalis mənfəətlə başa vurub. Cari il üzrə proqnozlarını da açıqlayan CVS səhm başına gəlirin 6,24-6,36 milyard dollar arasında olacağını, il ərzində sərbəst pul vəsaitlərinin 12-12,5 milyard dollar təşkil edəcəyini gözləyir. Ötən gün 3% (ümumilikdə ilin əvvəlindən 14%) artan şirkət səhmləri hazırda bazar dəyərini bir səhmə görə 77,69 dollar, yəni təxminən 102 milyard dollar səviyyəsində müəyyənləşdirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
25 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
-
- 40 d. əvvəl
- 47 d. əvvəl
-
50 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma


























