Ailələrə 10 mindən çox bibəriyyə bitkisi verilib - AYLIQ PUL ALIB QULLUQ EDƏCƏKLƏR
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən birgə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsindən bu dəfə Pirşağı sakinləri yararlanıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Əli Qasımovun iştirakı ilə Pirşağıda yaşayan ailələrə bibəriyyə bitkiləri təqdim edilib. Artıq 40 ailəyə hər birinə 250 bitki olmaqla 10 mindən çox bibəriyyə bitkisi verilib. Növbəti aylarda ailələrin sayı artırılacaq və hər bir ailəyə verilən bitkilərin sayı 500-ə çatdırılacaq.
Qeyd edək ki, hər bir ailə onun üçün müəyyən edilmiş aylıq vəsait qarşılığında bu bitkilərə qulluq edəcək. Bitkilər 6-12 ay müddətində ailələrdən geri götürüləcək və onların istəyinə uyğun olaraq yeniləri ilə əvəz edilə bilər.
“Çiçəklənən Abşeron” layihəsinin məqsədi özünüməşğulluğun inkişafına, aztəminatlı ailələrin əlavə gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların artırılmasına, bitkiçiliyin və kənd təsərrüfatı emalının inkişafına töhfə verməkdir.
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud şəraitdə “Çiçəklənən Abşeron” layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, ailələr yaşadıqları evləri tərk etmədən, öz həyətyanı sahələrində bitkiləri yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar.
Layihə çərçivəsində becərilən bitkilər hazırda Bakı şəhərinin və ətraf rayonların abadlaşdırılması işlərində istifadə olunur, həmçinin emal olunaraq müxtəlif kosmetik və farmaseptik məhsullar və yağlar alınır.
Ümumilikdə, 2019-cu ildən həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsi çərçivəsində Balaxanı, Zirə, Novxanı, Əmircan, Ramana və Pirşağıda yaşayan 600-dən çox aztəminatlı ailəyə 270 minə yaxın müxtəlif bitkilər (lavanda, bibəriyə və s.) verilib.
Qeyd edək ki, “Çiçəklənən Abşeron” layihəsi KOBİA-nın təsis etdiyi “Birgə İnvest" MMC və “Bakı Abadlıq Xidməti” MMC-nin nəzdində fəaliyyət göstərən “Balaxanı Green Garden” arasında 2019-cu ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti



























