Çinin iri şirkətinin gəlirləri 17%-ə qədər azalıb
Çətin günlər bitdi, daha çətin günlər qabaqdadır....
Çinin ən iri texnologiya şirkətlərindən olan Huawei cari ilin birinci rübünə dair nəticələrini bugün təqdim edib. Marja xəbər verir ki, ABŞ-ın iqtisadi sanksiyalarından ciddi əziyyət çəkən şirkətin gəlirləri audit olunmamış maliyyə göstəricilərinə əsasən, 2021-ci ilin ilk üç ayında 16,5% azalaraq, 152,2 milyard Çin yuanı (23,5 milyard dollar) təşkil edib.
Şəbəkə və proqram təminatı biznesi nisbətən artım nümayiş etdirsə də, ötən ilin noyabrında Honor markalı ağıllı cihazlar biznesini satması səbəbindən istehlakçı biznesi kifayət qədər zəifləyib. Xalis mənfəət marjası illik ifadədə 3,8% artaraq, 11,1 faizdə qərarlaşıb. Şirkətin biznes əməliyyatlarının keyfiyyətini yaxşılaşdırmaq səyləri və patent haqlarından 600 milyon dollar daxilolmalar mənfəətin artmasına təkan verib.
Xatırladaq ki, 2019-cu ildə ABŞ-Çin iqtisadi müharibəsinin yeni dalğası texnologiya sektoruna sirayət etmiş, Huawei ABŞ hökumətinin “qara siyahı”sına salınaraq, amerikan texnoloji məhsullarının, o cümlədən smartfonlar üçün olduqca zəruri mikroçiplərin ona satışı qadağan edilmişdi. Google isə Huawei-nin öz smarftonlarında Android əməliyyat sistemindən istifadəsini məhdudlaşdırmışdı. Bu tədbirlər qlobal bazarda Huawei smartfonlarının satışını kəskin aşağı salıb. Şirkətin toplam satışları 2020-ci ilin dördüncü rübündə əvvəlki ilə nisbətən 41%, Avropa bazarlarında isə 62% azalıb.
“2021-ci il bizim üçün daha bir çətinlik yaradan dövr kimi yadda qalacaq” – əvəzləmə əsasında şirkətə rəhbərlik edən sədr Erik Xu bildirib. “Göstərdikləri davamlı etimada görə müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik. Qarşımıza hansı problemlər çıxmasından asılı olmayaraq, biznesimizin dayanıqlılığını təmin edəcəyik”.
Huawei özünün patent əsaslı 5G texnologiyasından istifadəyə görə digər smartfon istehsalçılarına xidmət haqqı tətbiq etməyə, gəlirlərini şaxələndirmək məqsədilə proqram təminatı və bulud texnologiyaları sahəsinə iri investisiyalar yatırmağa hazırlaşır.
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
7 saat əvvəl
"Sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik" - BƏYANATLAR
-
8 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb
-
10 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
10 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
10 saat əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
-
10 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
Ən çox oxunanlar

Oktyabrın 2-dək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
