Avropanın ən iri bankından rekord mənfəət!
HSBC-nin mənfəəti 82% artıb.Aktivlərinin həcminə (2,96 trilyon dollar) və maliyyə əməliyyatlarına görə Böyük Britaniyanın və Avropanın ən iri bankı olan HSBC cari ilin birinci rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün qlobal biznes sahələrində faiz dərəcəsinin azalması səbəbindən 5% aşağı düşərək, 13 milyard dollar təşkil etsə də, digər maliyyə göstəricilərində kifayət qədər yüksək artım qeydə alınıb.
Vergi öhdəliklərindən öncəki mənfəət 79% artaraq, 5,8 milyard dollara çatıb və analitiklərin proqnozlaşdırdığı 3,3 milyard dollarlıq göstəricini xeyli üstələyib. Düzəliş edilmiş mənfəət 109% artaraq, 6,4 milyard dollar, vergi və digər öhdəlikləri yerinə yetirdikdən sonra qalan xalis mənfəət 82% yüksələrək 4,6 milyard dollar təşkil edib. Bankın fəaliyyət göstərdiyi bütün regionlar birinci rübü mənfəətlə başa vurub, xüsusən Böyük Britaniyada vergidən öncəki mənfəət 1 milyard dolları keçib (ötən il bu rəqəm cəmi 369 milyon dollar təşkil edib).
Əməliyyat xərcləri yüksək dərəcədə restrukturizasiya və transfer proqramları səbəbindən, o cümlədən texnologiyalara iri həcmli investisiyalar yatırıldığına görə 9% artıb. Ötən ilin birinci rübündə problemli kreditlərlə bağlı itkilərin qarşılanması üçün 3 milyard dollar ehtiyat vəsait ayrılmışdısa, bu ilin müvafiq dövründə HSBC həmin vəsaitlərə kifayət qədər qənaət edə bilib və cəmi 400 milyon dollar ayırıb. Bank hazırda ABŞ və Avropada qeyri-səmərəli şirkətlərlə əlaqədar 100 milyard dollarlıq riskli aktivlərini Asiya bazarına doğru paylaşdırmaq və 35 min iş yerini ixtisara salmaq proqramının icrasına başlayıb.
“Baxmayaraq ki, qeyri-müəyyənlik hələ qalmaqdadır, iqtisadi perspektivlər yaxşılaşır” - baş icraçı direktor Noel Quinn bildirib. “Biz ikinci rübdə də yaxşı dinamikanı saxlayaraq, kapital, maliyyələşmə, likvidlik və keditlərlə bağlı mühafizəkar siyasətimizi davam etdirəcəyik”. Bankın səhmləri bugün Honkonq birjasında 2,8% yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 31 d. əvvəl
-
-
50 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub























