"Çinin rəqəmsal yuan ilə dolları "taxtdan salmaq" hədəfi yoxdur"
Öz rəqəmsal pulunu (kriptovalyutasını) inkişaf etdirən Çin, rəqəmsal yuanın qlobal ehtiyat (rezerv) pul vahidi olan dolları "taxtından salacağı" narahatlıqlarını aradan qaldırmağa çalışır.Çinin inkişaf etdirmək mərhələsində olduğu rəqəmsal yuanın dünyanın ehtiyat (rezerv) pul vahidi olan dolları "taxtından salacağı" narahatlığı gündəmdədir.
Marja xəbər verir ki, Çin Mərkəzi Bankının sədr müavini Li Bo bir forumda etdiyi çıxışında rəqəmsal yuanla dolları "taxtından salmağı" hədəfləmədiklərini bildirib. Li, e-yuanın hələlik yalnız daxili bazarda istifadə edilməsinin qarşıya məqsəd qoyulduğunu, uzun müddətdən sonra ölkə xaricində istifadə olunacağını söyləyib.
Çin Mərkəzi Bankı ölkə ərazisindəki müxtəlif pilot proqramlarda rəqəmsal yuanı test etməkdədir. Bank, rəqəmsal pulu 11 şəhərdə test etməyə başlayıb.
Keçən həftə ABŞ-da Co Bayden hökumətinin Çinin rəqəmsal yuan mövzusundakı addımlarını izlədiyi açıqlanmışdı.
Çin Mərkəzi Bankı 2014-cü ildən bu yana rəqəmsal pul işlərini davam etdirir. Artan kriptovalyuta istifadəsinin maliyyə sektorunun iş qaydasını dəyişdirəcəyi proqnozları ilə mərkəzi banklar bu sahəyə daha çox fokuslanmağa başlayıblar.
Li rəqəmsal Yuanı 2022 Pekin Qış Olimpiadalarında istifadə edilməsini planlaşdırdıqlarını da açıqlayıb.
Həmçinin oxu
Çin əcnəbilər üçün rəqəmsal valyutaya keçirMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 18 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
























