ABŞ banklarından fantastik artım
3 bankdan bir rübə rekord qazanc – 26 milyard dollar...
Bank of America, CitiGroup və Wells Fargo ilə birlikdə dörd ən nəhəng Amerikan bankından və ABŞ iqtisadiyyatının lokomotivlərindən biri, 21 il öncə qurulmasına baxmayaraq, hazırda qlobal investisiya holdinqlərinin siyahısında birinci olan JP Morgan Chase və onu bu siyahıda ikinci yerlə izləyən digər maliyyə nəhəngi, 152 illik tarixə malik qocaman Goldman Sachs dünən cari ilin birinci rübünün yekunlarına dair göstəriciləri açıqlayıblar. Marja xəbər verir ki, iki bank 2021-ci ilin birinci rübünü toplam 21 milyard dollar mənfəətlə başa vurublar.
JP Morgan Chase ümumi daxilolmaların ötən ilin müvafiq dövrü ilə müqayisədə 400%, investisiya bankçılığındakı gəlirlərin 57%, kapital bazarlarından daxil olan vəsaitlərin 47%, ümumi treydinq gəlirlərinin 37% artdığını (10,1 milyard dollara çatıb), xalis mənfəətinin isə 5 dəfə artaraq, ötən ilin birinci rübündə 2,9 milyard dollar, yaxud bir səhmə görə 78 sentlə müqayisədə 2021-ci ilin ilk 3 ayında 14,3 milyard dollara (bir səhmə görə 4,50 dollara) qədər yüksəldiyini bildirib. Bank həmçinin 2021-ci ilin ilk 3 ayında koronavirus səbəbindən ödənilməyən problemli kreditlərlə əlaqədar öz ehtiyat fondlarından 5 milyard dollar xərcləyib.
Qlobal maliyyə və investisiya bazarları üzrə müxtəlif xarakterli statistik məlumatlar və proqnozlar təqdim edən Refinitiv şirkətinin bildirdiyinə görə, hesabat dövrü ərzində investisiya bankçılığı fəaliyyətlərindən 2,9 milyard dollar gəlir əldə edən JP Morgan digər rəqibi Morgan Stanleyi də ötərək, qlobal Birləşmə və Satınalma (M&A) sövdələşmələrində ikinci ən böyük məsləhətçi bank olaraq yerini möhkəmlədib. Birinci yeri yenə də Goldman Sachs tutur.
JP Morganın əzəli rəqiblərindən biri olan Goldman Sachs isə listinq, IPO, Birləşmə və Satınalma (M&A) sövdələşmələrində göstərdiyi anderrayter, investisiya məsləhətçisi və digər bənzər xidmətlərə görə gəlirlərini 73% artıraraq, 3,77 milyard dollara çatdırıb. Səhm ticarətindən birinci rübdə 68% daha çox, yaxud 3,69 milyard dollar qazanan Goldman Sachs toplam gəlirlərini ikiqat yüksəldərək, 17,7 milyard dollara çatdırıb. Bankın xalis mənfəəti isə 6,84 milyard dollar təşkil edib.
Dörd Amerika nəhəngindən digəri – Wells Fargo cari ilin birinci rübünü 4,7 milyard dollar xalis mənfəətlə başa vurduğunu açıqlayıb. CitiGroup-un isə bugün 2021-ci ilin ilk 3 ayının göstəriciləri barədə ətraflı təqdimat edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
9 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
9 saat əvvəl
"Sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik" - BƏYANATLAR
-
11 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb
-
12 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
12 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
12 saat əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
-
13 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
Ən çox oxunanlar

Oktyabrın 2-dək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
