Azərbaycanın 19 sığortaçısının məcmu aktivləri 1% artıb
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 212 milyon 766 min manat təşkil edib.
Bu, ötən il yanvarın 1-nə nisbətən 0,8% çoxdur.
2020-ci ildə sığortaçılardan 13-ü aktivlərini artırıb, 5-i azaldıb, 1 şirkət – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC isə 2019-cu ildə bazarda olmadığı üçün onun aktivlərinin və digər maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 8,5% artaraq 457 milyon 615 min manat, məcmu qısamüddətli aktivləri isə 3,4% azalaraq 755 milyon 151 min manat olub. 9 şirkət uzunmüddətli aktivlərini, 12 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.
Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 0,7% artaraq 768 milyon 243 min manat təşkil edib. Sığortaçılardan 13-də öhdəliklər artıb, 5-də isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 7,3% azalaraq 672 milyon 727 min manat, məcmu qısamüddətli öhdəlikləri isə 2,5 dəfə artaraq 95 milyon 515 min manat olub. 12 şirkət uzunmüddətli öhdəliklərini, 13 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.
Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 1,1% artaraq 444 milyon 523 min manata, məcmu nizamnamə kapitalı isə 0,9% artaraq 324 milyon 188 min manata çatıb. Bazar iştirakçılarından 12-si balans kapitalını, 1-i – “Naxçıvan Sığorta” ASC isə nizamnamə kapitalını artırıb.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)

