Belarus Bakı metrosu üçün qatarlar tədarük etməyə hazırdır
Belarusun baş nazirinin müavini İqor Petrişenko bu gün Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib. Bu barədə BELTA agentliyi məlumat yayıb.
"Keçən il pandemiya şəraitində ölkələrimiz arasında ticarət dövriyyəsi 447 milyon dollar təşkil edib", - deyə Petrişenko bildirib.
O, iki dövlətin ticarət-iqtisadi əməkdaşlıq, maşınqayırma, tikinti və enerji sahələrində böyük potensiala malik olduğunu vurğulayıb. "Bizim neft təchizatı ilə bağlı müəyyən problemlərimiz olanda Azərbaycan bizə kömək edib. SOCAR şirkəti "Belneftexim" konserni ilə birlikdə qısa müddət ərzində logistika sistemi hazırlayıb", - deyə baş nazirin müavini qeyd edib.
Petrişenko əlavə edib ki, Belarus Bakı metropoliteni üçün qatarlar tədarük etməyə hazırdır.
"İstehsal kooperasiyası və təchizatla yanaşı, kənd təsərrüfatı sahəsində də qarşılıqlı fəaliyyət fəal şəkildə inkişaf edir. Bizim məhsullarımız Azərbaycan bazarında özünü doğruldub. Xüsusilə istehlakçılar Belarus süd məhsullarını çox sevirlər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Belarus və Azərbaycan səhiyyə və əczaçılıq sahələrində qarşılıqlı fəaliyyət üçün böyük potensiala malikdir. “Biz Azərbaycan bazarı üçün lazım olan dərman vasitələri tədarük etməyə hazırıq. Keyfiyyət parametrlərinə görə onlar bütün dünya standartlarına cavab verir, yalnız qiymət daha uyğundur. Biz, həmçinin koronavirusa qarşı vaksinlərin tədarükündə də maraqlıyıq. İndi biz “Sputnik V” texnologiyası əsasında öz vaksinimizin istehsalını təşkil edirik. Hesab edirəm ki, istehsal obyektləri daxili tələbatın ödənilməsi ilə yanaşı, bizə dost olan ölkələrin bazarlarına çıxmağa da imkan verəcək”, - deyə baş nazirin müavini bildirib.
Petrişenko Belarus ilə Azərbaycanın təhsil və kadr hazırlığı sahəsində əməkdaşlığa hazır olduğunu bildirib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)







